Bölgədən paytaxta uğurlarla gedirik

İsmayıllı rayonu Azərbaycan tarixinin, mədəniyyətinin, milli memarlıq üslubunun, tikinti mədəniyyətinin, xalq sənətkarlığının, etnoqrafiyasının, milli-mənəvi dəyərlərinin qorunub saxlandığı bir bölgə kimi tanınır.
Rayon, həm də onun mərkəzi müasirliyi, yeniləşməsi, abadlaşması, mədəni irsin qorunub saxlanması tədbirləri ilə son illər daha çox seçilir. İsmayıllı sosial-iqtisadi inkişafı, tarixiliyi, coğrafiyası, milli tərkibinin zənginliyi, dil və dini mənsubiyyət müxtəlifliyi, tolerantlığı ilə ölkəmizin turizm mərkəzlərindən birinə çevrilməkdədir.
Bölgədən  paytaxta  uğurlarla gedirikİsmayıllı şəhərinin Heydər Əliyev prospekti, Nizami Gəncəvi, Mübariz Orucov və M.F.Axundzadə küçələri tamamilə yeni üslubda, milli memarlıq ənənələri və tarixilik nəzərə alınmaqla yenidən qurulmuşdur.
Turizmin inkişafı və İsmayıllının Beynəlxalq turizm marşrutunda möhkəmlənməsi üçün Hacıhətəmli kəndində yerləşən “Şoto-Monolit ” şirkəti, Talıstan kəndi ərazisində tikintisi başa çatmaq üzrə olan “Şeroton-otel” kompleksi, Lahıc qəsəbəsinə asfalt yolun çəkilməsi, tarixi abidələrə, qalalara, qədim yaşayış məskənlərinə yollar açılması geniş imkanlar yaradır.
1975-ci ildə tikilmiş İsmayıllı Mədəniyyət Sarayı 2013-2014-cü illərdə tamamilə yenidən quruldu, ən müasir avadanlıqlar, texniki vasitələrlə təmin edildi. 22 sentyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mədəniyyət Sarayının açılışını etdi. Alim Qasımovun konsertinin, “Leyli və Məcnun ” operası tamaşasının burada təşkili göstərdi ki, İsmayıllı sürətlə və keyfiyyətlə inkişaf edən Azərbaycan mədəniyyətinə yeni töhfələr vermək iqtidarındadır.
Mədəniyyət sahəsində əldə olunan digər uğurları da diqqətə çəkməyi məqsədəuyğun hesab edirəm. İsmayıllı şəhəri və Lahıc qəsəbəsində Tarix-Diyarşünaslıq Muzeyi, İsmayıllı Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. Yerli imkanlar hesabına Əhən və Aşıqbayramlı kəndlərində klub binaları yenidən qurulub.
Rayon İcra Hakimiyyəti yerlərdən gələn təşəbbüslərə cavab olaraq “Hər kənddə kitabxana” layihəsini irəli sürüb. Biz bu layihəni bəyənmiş, icrasını digər yerlərə də məsləhət bilmişik. Bu layihəyə uyğun olaraq İsmayıllının kitabxana filialı olmayan kəndlərində bələdiyyə kitabxanaları yaradılır. 2011-ci ildə İsmayıllı “Azərbaycanın sənətkarlıq paytaxtı” elan edilmişdi. Bu istiqamətdə də Mədəniyyət və Turizm Nazirliyinin İsmayıllı rayon İcra Hakimiyyəti ilə keçirdiyi tədbirlər səmərəli olmuşdur.
İsmayıllı şəhərinin Nizami Gəncəvi küçəsində erməni faşizminin yerli qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsinin tikilməsi də təqdir olunan hallardandır.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun ideya müəllifliyi və hərtərəfli dəstəyi ilə ümummilli lider Heydər Əliyevin İsmayıllıya səfərlərinə həsr olunmuş “Mübarək səfərlər, səmimi görüşlər” kitabını rayonun siyasət, ideologiya və mədəniyyət sahəsində qazandığı əsas nailiyyətlərindən biridir.
Heydər Əliyev parkında tikilən “Yay flormoniyası”, Heydər Əliyev prospektində salınan “Uşaq əyləncə parkı”, buradakı yay kinoteatrı mədəniyyət sahəsində son bir ilin uğurları sırasındadır.
2015-ci il üçün İsmayıllı “Azərbaycanın Gənclər Paytaxtı” seçilmişdir. Bu seçimi də dövlət gənclər siyasətinin uğuru, təhsil, mədəniyyət və turizm sisteminin müvəffəqiyyəti sayıram.
İsmayıllının Belarus, Litva və Fransa respublikaları və Yaponiya dövləti ilə Beynəlxalq əlaqələrinin yaranması rayonun mədəniyyətinə yeni çalarlar gətirir.
Bir sözlə, İsmayıllı mədəniyyəti, incəsənəti, turizmi inkişafdadır. Rayon bütövlükdə yüksəliş yolundadır.
Azər Abbasov,
Bölgədən  paytaxta  uğurlarla gedirik
Bölgədən  paytaxta  uğurlarla gedirik
Bölgədən  paytaxta  uğurlarla gedirik
Bölgədən  paytaxta  uğurlarla gedirik
Bölgədən  paytaxta  uğurlarla gedirik
Bölgədən  paytaxta  uğurlarla gedirik

Şərh Yaz