Hörmətli Mirdaməd müəllim!

14 aprel 1988-ci ildə Sovet Uşaq Fondunun Azırbacan Respublikası Şöbəsi yaradılmış, 1991-ci ildən isə Azərbaycan Uşaq Fondu kimi fəaliyyət göstərir. Uşaq Fondları Beynəlxalq Assosiasiyasına daxildir. Fondun sədri Assosiasiyanın vitse prezidentidir.Bu 27 il müddətində Fond, onun şəhər və rayon şpbələri uşaqların sosial müdafiəsinə yönəldilmiş çox əhəmiyyətli tədbirlər həyata keçirmişlər.
1988-2015-ci illər ərzində Fond tərəfindən 350 minə qədər uşağa və 600 uşaq təşkilatına maddi və mənəvi köməklik göstərilmişdir.
Fondun fəalları, Azərbaycan Respublikasının yerli İcra Hakimiyyətləri, rayon Uşaq Şöbələrinin sədrləri uşaqların problemlərinin həlli və hüquqlarının müdafiəsi istiqamətində çox dəyərli, misilsiz işlər həyata keçirmişlər.
Bu xeyriyyə işlərinin həyata keçirilməsində İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyətinizi Azərbaycan Uşaq Fondunun rəyasət heyəti xüsusi qiymətləndirir və Sizə dərin minnətdarlığını bildirir.
Sizdən Fondun İsmayıllı Rayon Şöbəsinin sədri Rasim Orucovun fəaliyyətinin xüsusi qeyd olunmasını xahiş edirik.
İ.İbrahimov,
Azərbaycan Uşaq Fondunun sədri, akademik

Şərh Yaz