Hörmətli Mirdaməd müəllim!

Azərbaycan Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin həyata keçirilməsi və dəstəklənməsi məqsədi ilə cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsiƏ ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir.Bu istiqamətdə həyata keçirilən tədbirlərin bir hissəsi olaraq, Komitə tərəfindən 15 may 2015-ci il tarixində Şəmkir rayonunda “Beynəlxalq Ailə Günü” münasibəti ilə keçirilən “Ailə bayramı”nda Respublikanın müztəlif şəhər və rayonlarını təmsil edən nümunəvi ailələrin yüksək səviyyədə iştirak etməsi cəmiyyətin ailə dəyərlərinə olan hörmət və ehtiramının bariz ifadəsidir.
Bu münasibətlə keçirilən bayram tədbirində rəhbərlik etdiyiniz rayonu uğurla təmsil edən ailəyə və şəxsən Sizin timsalınızda İsmayıllı Rayon İcra Hakimiyyətinin kollektivinə dəstəyə görə dərin təşəkkürümüzü bildirir, rayonunuzu təmsil edən Qədirovlar ailəsinin “Yaradıcı ailı” naminasdıyası üzrə qalib olması münasibətilə təbrik edirik.
Hörmətlə:
Hicran Hüseynova
Azərbaycan Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Şərh Yaz