Əhalinin nəzərinə!

Hörmətli İsmayıllı şəhər sakinləri!Hər gün yaşadığımız ünvanda mülkiyyətimizdə olan binanın, həyətyanı torpaq sahəsinin küçəyə, yola aid hissəsi boyu təmizlik işi aparmaqla biz “Təmiz şəhər” layihəsinə qoşulmuş oluruq.
Bu layihəyə qoşulmaq sağlamlığımızın qarantı, mədəniyyətimizin güzgüsüdür. Küçə təmiz olarsa, həyət –“ həyət təmiz olarsa, ev təmiz olar. Hamınızı bu sadə qaydaya əməl etməyə dəvət edirik. Küçəmizin təmizliyi doğma yurda sevgimizin, ictimai işlərə münasibətimizin göstəricisidir.
Qonaq-qaralı İsmayıllını, Azərbaycanın mirvarisini təmiz saxlamaqdan qürur duyaq.
RİH başçısının İsmayıllı şəhər İƏD-i üzrə nümayəndəliyi

Şərh Yaz