Nəticələr sevindiricidir

Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə may ayının 3-də Bakı şəhərində qol güləşi üzrə keçirilən yarışda yetirmələrim olan İsmayıllı idmançıları da sözün həqiqi mənasında güclərini sınadılar.Nəticələr sevindiricidir
Nəticələr sevindiricidirUlu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə may ayının 3-də Bakı şəhərində qol güləşi üzrə keçirilən yarışda yetirmələrim olan İsmayıllı idmançıları da sözün həqiqi mənasında güclərini sınadılar..Nəticələr sevindiricidir
Nəticələr sevindiricidir
Dünya və Avropa yarışlarının qalibləri olmuş həmyerlilərimiz yarışda yüksək yerləri tutdular. Yetirmələrimdən – Zaur Ağayev, Elvin Seyidov, Qismət Məmmədov, İbrahim Əhmədov, Səxavət Güleymanlı, Elşən İsmayılov, Elxan Mazanov sağ və sol qol gücü sınaqlarından uğurla çıxaraq I, II və III yerləri tutmuşlar.
Respublika Qol Güləşi Federasiyasının yerli nümayəndəsi, həm də bir məşqçi kimi, nəticələr məni çox sevindirir. İdmançılarımızın qazandığı hər üç əyarlı –“ qızıl, gümüş və bürünc medallar bizə gələcəyə daha nikbin baxmağa imkan verir. Gənclərimizə yeni-yeni uğurlar arzulayırıq.
Vüsal Qəzənfərov,
məşqçi-müəllim

Şərh Yaz