Kənd məktəbində konfrans

6 may 2015-ci il tarixində İsmayıllı rayon Tircan kənd tam orta məktəbində “Ümumi təhsilin müasir kurikulumları və innovativ təlim texnologiyaları” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə Rayon Təhsil Şöbəsinin Metodik Kabinetin direktoru Hümbət Əsədov, şöbənin metodistləri Xalid Allahverdiyev, Güllübəyim Lətifova və qonşu ümumtəhsil məktəblərin ibtidai sinif müəllimləri iştirak edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz