Arzuma çatdım

Slavyan Universitetini bitirmişəm. Bədii yaradıcılıqla da məşğulam. Əsas meylim gənclər təşkilatında işləmək idi. Arzuma çatdımBu sahəyə çox böyük marağım var. İlkin olaraq, məni rayon Gənclər və İdman İdarəsində müqavilə ilə işləməyə qəbul etdilər. Təbiii ki, bu məni qane etmirdi. Dövlət qulluqçusu, ştatlı işçi olmaq istəyirdim. Təbii ki, bu istəyimə də müsbət cavabı özüm verməli idim. Test imtahanından keçmək yolu ilə. Birinci imtahanda müvəffəq ola bilmədim. Daha inadla hazırlaşmağa başladım. İdarəmizin yaranmasının 20 illiyi ərəfəsində baş məsləhətçi yerinə (bir yerə 21 nəfər) test imtahanına getdim. 6 nəfər tələb olunan balı topladı. Müsahibədən 3 nəfər keçdik. Gənclər və İdman İdarəsində işlədiyimi əsas götürən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi mənə üstünlük verdi. İndi idarənin Gənlərlə İş bölməsinin məsləhətçisiyəm. Prezidentimizə, dövlətimizə, nazirliyimizə gənclərə göstərdikləri qayğıya, yaratdıqları təhsil və obyektiv imtahan şəraitinə görə minnətdaram.
Fəxr edirəm ki, ümummilli liderimiz Heydər Əliyevin, prezidentimiz İlham Əliyevin böyük dəyər verdikləri İsmayıllı rayonunda çalışıram. Rayon rəhbərliyinin diqqət və qayğısını hər an hiss edirəm. Qürur duyuram ki, dövlət qulluqçuları sırasına daxil oluram. İsmayıllı rayon Gənclər və İdman İdarəsinin yaranmasının 20 illiyi münasibətilə həmkarlarımızı ürəkdən təbrik edirəm. Bütün gənclərimizə uğurlar arzulayıram.
Şəhla Qafarova,
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi

Şərh Yaz