Yaddas kitabcasi

6 nömrəlinin “Şahin”ləri birinci oldu

Aprel ayının 7-də İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin idman bazasında Gənclər və İdman Nazirliyinin “Şahin” hərbi-idman oyununun Əsasnaməsinə uğun olaraq Qələbənin 70 illiyi münasibətilə “Şahin” hərbi-idman oyununun təntənəli rayon birinciliyi keçirildi.6 nömrəlinin “Şahin”ləri birinci olduTədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açaraq iştirakçıları salamladı. O, faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının mübariz oğul və qızlarının göstərdiyi qəhrəmanlıqlardan danışdı.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov da tədbirə qatılanlara uğur arzuladı.
Səfərbərlik və Hərbi Xidmətə Г‡ağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon Şöbəsinin rəisi Xamis Bədəlov, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, Fövqəladə Hallar Nazirliyinin Regional bölməsinin əməkdaşı Tahir Məmmədov çıxışlarında “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əhəmiyyətli olan məqamlardan söz açıb, qarşıdan gələn Qələbə bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdilər. Sonda Veteranlar Təşkilatının İsmayıllı bölməsinin sədri Abduləli Əliyev Qələbənin qazanılması üçün yaşanan ağrı-acılardan bəhs etdi. O gün olsun ki, xalqımız işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunmasını bayram etsin! –“ dedi.
20 komandanın iştirak etdiyi yarışda şəhər 6 nömrəli tam orta məktəbinin komandası I, Diyallı kənd tam orta məktəbinin komandası II, şəhər 3 nömrəli tam orta məktəb-liseyin komandası isə III oldu. Birinci yerin qalibi olan komanda aprel ayının 20-də Ucar şəhərində keçiriləcək zona birinciliyində iştirak etmək hüququ qazandı.
Taleh Məhərrəmov,
Gİİ-nin əməkdaşı

Şərh Yaz