Erkən evliliyə fərqli baxış

Bu mövzudakı maarifləndirmə tədbirinin növbəti iştirakçıları yalnız gənc oğlanlar idi
Erkən evlilik – qanunla qəbul edilmiş nikah yaşı çatmayan şəxsin və ya şəxslərin evliliyidir. Bu, eyni zamanda nikahdankənar evlilikdir –“ nikah yaşı çatmadığı üçün nikah qeydiyyata alınmır. Və beləliklə, nikahdankənar bir ailə, nikahdankənar evlilikdən doğulan uşaqlar, bunların gətirdiyi köhnə dərdli yeni problemlər. Bəs bu problemli erkən evlilikləri, vaxtlı-vədəli, toylu-düyünlü evliliklərlə əvəz etməyə nə mane olur? Erkən evliliklərin böyük əksəriyyətində təəssüf ki, qızlar böyüklərin xeyir-duası olmadan qoşulub qaçırlar. Bəli, qaçırlar –“ qaçırılmırlar! Fəqət nə olur-olsun nəticə dəyişmir: azyaşlı qızla ailə qurulur ki, bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176-cı maddəsinə əsasən üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu məsələnin hüquqi tərəfidir və bədəbəddə “məhəbbət qurban tələb edir” deyib bu cəzaları qəbul etrməklə erkən evliliyə getmək də olar. Bəs o biri problemləri necə “boş vermək” olarmı?

Erkən evliliyə fərqli baxışBu mövzudakı maarifləndirmə tədbirinin növbəti iştirakçıları yalnız gənc oğlanlar idi
Erkən evlilik – qanunla qəbul edilmiş nikah yaşı çatmayan şəxsin və ya şəxslərin evliliyidir. Bu, eyni zamanda nikahdankənar evlilikdir –“ nikah yaşı çatmadığı üçün nikah qeydiyyata alınmır. Və beləliklə, nikahdankənar bir ailə, nikahdankənar evlilikdən doğulan uşaqlar, bunların gətirdiyi köhnə dərdli yeni problemlər. Bəs bu problemli erkən evlilikləri, vaxtlı-vədəli, toylu-düyünlü evliliklərlə əvəz etməyə nə mane olur? Erkən evliliklərin böyük əksəriyyətində təəssüf ki, qızlar böyüklərin xeyir-duası olmadan qoşulub qaçırlar. Bəli, qaçırlar –“ qaçırılmırlar! Fəqət nə olur-olsun nəticə dəyişmir: azyaşlı qızla ailə qurulur ki, bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176-cı maddəsinə əsasən üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu məsələnin hüquqi tərəfidir və bədəbəddə “məhəbbət qurban tələb edir” deyib bu cəzaları qəbul etrməklə erkən evliliyə getmək də olar. Bəs o biri problemləri necə “boş vermək” olarmı?
Yanvarın 24-də İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birlikdə Qalacıq kənd İcra nümayəndəliyində insan alveri və erkən nikahla bağlı keçirdiyimiz maarifləndirmə tədbirində bunlar barədə geniş söz açıldı. Auditoriya da o gün tamam fərqli idi. Biz Mərkəz olaraq indiyədək erkən nikahla bağlı ancaq qızlarla söhbət aparmışdıq. Bu tədbirin iştirakçıları isə Qalacıq kənd tam orta məktəbinin yuxarı sinif oğlanları və hərbi borcunu verib qayıtmış gənclər –“ evliliyə real namizədlər idilər.

Erkən evliliyə fərqli baxış

İsmayıllı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Xətai Abbasov insan alveri nədir, kimlər daha çox insan alverinin qurbanına çevrilirlər, buna qarşı necə mübarizə aparıldığı barədə yığışanlara ətraflı məlumat verdi. “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq insan alverinin potensial qurbanlarının ictimai faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işlə təminatı və cəmiyyətə adaptasiyası istiqamətində görülən və görülməli olan işlərlə tədbir iştirakçılarını tanış etdi. X.Abbasov iştirakçıların yaş həddini nəzərə alaraq qız qaçırmağın da insan oğurluğu, insan alveri kimi qiymətləndirildiyi barədə daha ətraflı söz açdı.
Söhbəti erkən evliliklərlə bağlı İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva davam etdirdi. O erkən evliliklərin yaratdığı psixoloji, tibbi, mənəvi fəsadlardan söz açdı. Hələ uşaq olan, uşaq kimi düşünən, uşaq kimi danışan “uşaq” gəlinlərin həyat yoldaşı ilə, qayınana, qayınata və digər ailə üzvləri ilə ünsiyyət qurmaqda, onların “dilini” tapmaqda çətinlik çəkdiklərini nümunələrlə açıqlandı. Bildirildi ki, 14-17 yaşlı qız tibbi baxımdan ana olmağa hazır olmadığından dünyaya gətirdikləri uşaqlar əksər halda qüsurlu olur. Sağlam uşaq doğulsa belə, uşağa düzgün qulluq etmək bacarıqsızlığı fəsadlar verir. Fiziki və mənəvi cəhətdən yetkinləşməmiş qız ailənin yükünü zəif çiyinlərində daşıya bilmir və nəticədə, erkən evliliklər əksər halda erkən boşanmalarla nəticələnir. Г‡ıxış edən bu cür problemlərdən uşaq qala bilmək üçün gəncləri nikah yaşı çatmayan qızlarla ailə qurmamağa çağırdı. Gənclərə nikahdan öncə aparılacaq qan testinin, narkomaniyadan, siqaretdən uzaq həyat tərzinin sağlam ailə, sağlam övlad üçün vacibliyindən də danışıldı.
O gün həmişəkindən fərqli olaraq erkən evlilik və onun fəsadları ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ailə başçısına ünvanlanmış məktubu valideynlərə çatdırılmaq üçün yox, oxuyub, tanış olub, əməl etmək üçün elə gənclərə paylandı.
Gənclərlə müxtəlif mövzularda səmimi söhbət tədbirdən sonra da xeyli davam etdi. Və son təəssürat: erkən nikahların yarada biləcəyi fəsadları məktəbli qızlara yox, onları “yoldan çıxarıb” uşaq yaşlarında ailə qurmağa, qoşulub qaçmağa sövq edən belə gənclərə izah etmək, onları maarifləndirmək bizə daha məqsədəuyğun və əhəmiyyətli gəldi. Yəqin ki, növbəti tədbirlərdə bu barədə daha dərindən düşünəcəyik.
Gülnar Mikayılova,
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin metodisti

Şərh Yaz