İstiqamətimiz düzgün və yenidir

Biz gənclər bu günü həyatımız üçün çox əlamətdar hesab edirik. Ona görə ki, rayon gəncləri iki il bundan əvvəl getmək istədikləri düzgün olmayan yoldan qayıdıblar, yeni istiqamət götürüblər. Kimə, nəyə xidmət etməyə borclu olduqlarını yaxşı başa düşüblər. Rayon rəhbərliyinin, hüquq mühafizə və ədliyyə orqanlarının dəstəyi ilə yəqin etmişik ki, qanunsuzluğa qarşı qanuni yolla çıxmaq olar. əyri yolu düz yolla kəsmək olar.
İstiqamətimiz düzgün və yenidirBiz gənclər bu günü həyatımız üçün çox əlamətdar hesab edirik. Ona görə ki, rayon gəncləri iki il bundan əvvəl getmək istədikləri düzgün olmayan yoldan qayıdıblar, yeni istiqamət götürüblər. Kimə, nəyə xidmət etməyə borclu olduqlarını yaxşı başa düşüblər. Rayon rəhbərliyinin, hüquq mühafizə və ədliyyə orqanlarının dəstəyi ilə yəqin etmişik ki, qanunsuzluğa qarşı qanuni yolla çıxmaq olar. əyri yolu düz yolla kəsmək olar.
Bu dönüş bizi dövlət və dövlətçilik mövqeyinə gətirib. Dövlət gənclər siyasətinin müvəffəqiyyətlə həyata keçməsi, idman siyasətinin yüksək nəticələr verməsi üçün rayonda nümunəvi şərait yaradılıb. Əmək yarmarkalarında gənclərin iştirakı xüsusi diqqətdə saxlanılır. Müxtəlif layihələrin icrasına, yeni layihələrin hazırlanması üçün məsləhətləşmələrə rayon İcra Hakimiyyətinin başçısı hörmətli Mirdaməd müəllimin bizi cəlb etməsi qüvvələrimizə ilk növbədə öz inamımızı artırır. Hər bir gənc idmançının uğurlarının təqdir olunması, mükafatlara layiq görülməsi, gənclərin ixtisas və təhsilinə uyğun idarəetməyə və dövlət qulluğuna gətirilməsi ümumilikdə rayonun gənclər həyatında bir fəallıq yaradır. Gənclər problemlərinin həlli yollarını çayxanalarda, küçə toplantılarında yox, intellektual oyunlarda, sosial şəbəkələrdə işləməkdə, maraqlar üzrə yaradılan klublarda, Olimpiya idman kompleksində, yaradıcılıq dərnəklərində, müxtəlif mövzulu müsabiqələrdə axtarır.

İstiqamətimiz düzgün və yenidir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin razılığı ilə 2014-cü ilin iyul ayından açılmış İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci rayonumuzun gənclik həyatına yenilik, müasirlik gətirib. Respublikanın coğrafiyasını özündə əks etdirən kollec rayonumuzda görülən yaxşı işlərin təbliğat miqyasını da genişləndirib.
İndi Azərbaycanın əksər rayonlarında bilirlər ki, rayon rəhbərliyi cənab Prezidentin tapşırığına əsasən əsl mənada insanlara xidmət edir. Gənclərin hər bir tədbirinin iştirakçısı və təşkilatçısı olur. Onların təhsili, məşğulluğunun artırılması, informasiya texnologiyalarına yiyələnməsi, dil öyrənmələri, müasir düşüncə tərzinə sahib olmaları üçün maraqlı tədbirlər həyata keçirir. Ucqar yerlərdən kimlərinsə qəbula gəlməyini gözləmir, özü onlara tərəf gedir. Bunları ona görə deyirəm ki, biz gənclər üçün İsmayıllıda yaxşı nümunələr çoxdur. Bizim də səviyyəmiz çatır ki, əsl vətəndaş olmaqdan ötrü örnək götürək.
Bu gün bizim deməyə sözümüz, danışmağa üzümüz vardır. Г‡ünki nöqsanlı nə varsa, 2013-cü ilin yanvarında qoyub gəldik. 2015-ci ilin yanvarında fəallıqla səs verib Azərbaycanın gənclər paytaxtını İsmayıllıya gətirdik. Bu gün də uğurumuzu və qələbəmizi bayram edirik.
Bayramımız mübarək olsun.
Rahid Rəcəbli,
İsmayıllı Humanitar və Texnologiya Kolleci tələbə-gənclər təşkilatının sədri

Şərh Yaz