“Basqal və basqallılar” kitabı oxuculara təqdim edildi

O, təkcə basqallıları yox, bütün ismayıllılıları bir daha birləşdirdi
Gözəl, əsrarəngiz təbiətə malik İsmayıllını bu gün tanımaq olmurdu. Qışın soyuğunun hələ də canımızdan çıxmadığı bir məqamda havanın dumanlı, çiskin vəziyyətdə olması tədbirə gələnlərin ovqatına təsir etməmişdi. Hamı rayondakı “Г‡ıraqban” restoranında düzənlənən kitab təqdimatına tələsirdi. Burada yazıçı-publisist, metodist müəllim, qabaqcıl maarif xadimi olan Miryavər Hüseynovun “Basqal və basqallılar” kitabının təqdimat mərasimi keçirilirdi.
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutmuş bu tədbiri giriş sözü ilə açan dövlət qulluğu veteranı Valeh Salehov kitabın əhəmiyyətini vurğuladı. V.Salehov kitabın müəllifi Miryavər müəllimin həyat və yaradıcılığından söhbət açaraq qeyd etdi ki, M.Hüseynov böyük ədəbi, tarixi xidmətləri olan, öz məktəbini yaradan, qədim Basqalı sidq-ürəklə sevən və ictimai fikrə tanıdan bir yazıçıdır. “Mən dəfələrlə Miryavər müəllimlə görüşmüşəm, söhbət etmişəm, etiraf etmək lazımdır ki, bu axtarışların nəticəsi uğurlu alınıb, müəllif qarşıya qoyduğu məqsədə nail olub. Miryavər müəllim bununla qədim Basqalın tarixini yazıb, yaşadıb və gələcəyə ötürmək sahəsində böyük işlər görüb.”. V.Salehov əlavə etdi ki, müəllif indiyədək Basqal haqqında çoxlu kitab yazıb, qədim yurdun əsrarəngizliyi barədə məqalələrlə mətbuat səhifələrində çıxışlar edib və İsmayıllının tarixinə öz imzasını həkk etdirmiş böyük, ümumazərbaycan məfkurəli ziyalıdır: “Onun çap edilmiş kitabları sırasında “Basqal və basqallılar” çox möhtəşəmdir”.
“Basqal və basqallılar” kitabı oxuculara təqdim edildi“Basqal və basqallılar” kitabı oxuculara təqdim edildi

O, təkcə basqallıları yox, bütün ismayıllılıları bir daha birləşdirdi
Gözəl, əsrarəngiz təbiətə malik İsmayıllını bu gün tanımaq olmurdu. Qışın soyuğunun hələ də canımızdan çıxmadığı bir məqamda havanın dumanlı, çiskin vəziyyətdə olması tədbirə gələnlərin ovqatına təsir etməmişdi. Hamı rayondakı “Г‡ıraqban” restoranında düzənlənən kitab təqdimatına tələsirdi. Burada yazıçı-publisist, metodist müəllim, qabaqcıl maarif xadimi olan Miryavər Hüseynovun “Basqal və basqallılar” kitabının təqdimat mərasimi keçirilirdi.
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutmuş bu tədbiri giriş sözü ilə açan dövlət qulluğu veteranı Valeh Salehov kitabın əhəmiyyətini vurğuladı. V.Salehov kitabın müəllifi Miryavər müəllimin həyat və yaradıcılığından söhbət açaraq qeyd etdi ki, M.Hüseynov böyük ədəbi, tarixi xidmətləri olan, öz məktəbini yaradan, qədim Basqalı sidq-ürəklə sevən və ictimai fikrə tanıdan bir yazıçıdır. “Mən dəfələrlə Miryavər müəllimlə görüşmüşəm, söhbət etmişəm, etiraf etmək lazımdır ki, bu axtarışların nəticəsi uğurlu alınıb, müəllif qarşıya qoyduğu məqsədə nail olub. Miryavər müəllim bununla qədim Basqalın tarixini yazıb, yaşadıb və gələcəyə ötürmək sahəsində böyük işlər görüb.”. V.Salehov əlavə etdi ki, müəllif indiyədək Basqal haqqında çoxlu kitab yazıb, qədim yurdun əsrarəngizliyi barədə məqalələrlə mətbuat səhifələrində çıxışlar edib və İsmayıllının tarixinə öz imzasını həkk etdirmiş böyük, ümumazərbaycan məfkurəli ziyalıdır: “Onun çap edilmiş kitabları sırasında “Basqal və basqallılar” çox möhtəşəmdir”.
Sonra söz rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova verildi. Kitabın ilk dəfə çap olunduğunu deyən M.Sadıqov qeyd etdi ki, bu kitab Miryavər müəllimin əsas əsərlərini əhatə edir:
“Basqal və basqallılar” kitabı qədim sənətkarlar yurdu Basqalı Azərbaycan xalqına və dünyaya daha yaxşı tanıtdırmaq baxımından mühüm əhəmiyyətə malikdir. Bu nəşr M.Hüseynovun əsərlərini təqdim etmək üçün önəmli bir nümunədir, bununla ulu Basqalın tarixi, keçmişi, dünəni və bu gününun öyrənilməsində yeni bir mərhələ açılacaq. Nəşr Azərbaycanın tarixində müstəsna rol oynamış bir kəndin tarixinin, adət-ənənələrinin, qədim sənət növlərinin öyrənilməsi üçün mükəmməl mənbələrdən biridir”. İcra Hakimiyyətinin başçısı M.Sadıqov kitabın gələcək üçün əhəmiyyətini xüsusi vurğulayaraq daha sonra qeyd etdi ki, bu nəşr fürsət verir ki, biz yenidən Basqalı araşdıraq: “Yazıçının əsərləri yenidən toplum halında çap olunursa, deməli, o, yenidən doğulur. Bu nəşr Miryavər müəllimin yenidən doğuluşudur”.

“Basqal və basqallılar” kitabı oxuculara təqdim edildi

Milli Məclisin deputatı, Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanov kitab haqqında məlumat verərək bildirdi ki, “Basqal və basqallılar” kitabının nəşr edilməsində məqsəd tariximizi yaşatmaqdır, bu tarixin süzgəcindən şərəflə, mətanətlə keçən qədim yurdlarımızın tanıdılması baxımından gənclərin ona daha da meyillənməsinə dəstək göstərməkdir: “Ölkəmizin möhkəmliyi üçün də gələcək nəslin nümayəndələrinin savadlı, təhsilli və elmə meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir! Bu kitabda dünya, elm və inkişaf tarixinə adını qızıl hərflərlə yazmış basqallı bir neçə alimin də həyat yolu, düşüncələri, dünyaya və insanlığa verdiyi töhfələr öz əksini tapır. Ümid edirəm ki, kitab xoşunuza gələcək.” O, məclisə toplaşmış kitabsevərlərə, yurd, Vətən təəssüblü insanlara kitabın müəllifi, müəllifin axtarıb tapmaq və oxuculara nə demək istəməsi barədə məlumat verdi. Bu gün həyatında hər zaman yadda qalacaq günlərdən birini yaşadığını deyən N.Aslanov yazıçının təqdimatı keçirilən “Basqal və basqallılar” kitabının böyük və məhsuldar zəhmətin nəticəsi olduğunu bildirdi. Kitabın geniş oxucu kütləsi, o cümlədən gənclər üçün xüsusilə faydalı olacağını qeyd etdi.
Qeyd edək ki, tədbirə gələnlərin arasında yazıçının qələm dostları, jurnalistlər, onun daimi oxucuları olan tanınmış alimlər, adlı-sanlı ziyalılar, müxtəlif peşə sahibləri də var idi. İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, bədii qiraət ustası Pünhan İsmayıllı, müəllifin bacısı oğlu, İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbinin direktoru Əhmədağa Ələkbərov, rayonun tanınmış ziyalısı Hacıməmməd Məmmədov, “Space” telekanalının əməkdaşı Elvin Basqallı, TRT telekanalının direktoru Nadir Şəfiyev, Basqal qəsəbə tam orta məktəbinin müəllimi Yeganə Ağayeva, professor, kəlağayı sənətinin davamçısı Cəlil Tarverdiyev və başqaları canlı və maraqlı keçən, bir sıra xoş məqamlarla yadda qalan təqdimat mərasimində çıxış edərək yeni kitabla bağlı təəssüratlarını bölüşdülər. Onlar oxucularını düşündürməyi, kəskin süjetli povest və romanları ilə onların qəlbinə yol tapmağı bacaran Miryavər müəllimin yaradıcılığından, yeni kitabına daxil edilmiş əsərlərin məziyyətlərindən danışıb, yazıçıya şöhrət gətirəcək bu kitabın onun yaradıcılığında, Azərbaycan nəsrində, etnoqrafiyasında xüsusi yer tutacağını diqqətə çatdırdılar.
Onu da qeyd edək ki, kitabın nəşrindən sonra onun haqqında ilk resenziyanı bu sətirlərin müəllifi yazıb və “Türk dünyası ağsaqqalları” qəzetində çap etdirməyə müvəffəq olub. Həmin qəzetin nüsxələri də tədbir iştirakçılarına paylandı. Mən Miryavər müəllimin yaradıcılığının izləyicilərindən biri olaraq deyə bilərəm ki, bu gün onun əsərləri öz aktuallığı ilə diqqəti cəlb edir. Bu kitabı oxuduqdan sonra onun ilahi missiyalı bir insan olduğu üzə çıxır. Miryavər müəllim əvvəlki kitablarında da, bu kitabında da Basqala vurğunluğunu, insanlarına olan rəğbətini gizlətməyib. Hər daşına, hər cığırına olan istəyi anbaan görünür yazdıqlarında. Mən ikinci yazar tanımıram ki, qoynunda yaşayıb-yaratdığı məkanı bu qədər vəsf eləsin, doğma torpağa sevgisini bu qədər büruzə versin… Miryavər müəllim haqqında bu sadalananlar onun şəxsiyyətini, böyüklüyünü, el-oba naminə gördüyü işləri izah etməkdə acizdir.
83 illik ömür yolunu vərəqləyəndə onun həyatın müxtəlif sahələrində xalqımızın, milli-mənəvi dünyagörüşümüzün inkişafında, milli ruhumuzun dərkində, elmimizin inkişafında, gənc nəslin vətənsevərlik ruhunda tərbiyəsində oynadığı rolun şahidinə çevrilirsən. Tale Miryavər Hüseynova gəncliyində Böyük Vətən müharibəsinin acılarını yaşadıb. Uşaqlığı həmin dövrə düşüb. Yaşıdları kimi, o da bir qarnı ac, bir qarnı tox böyüyüb. Bu yaşantılar, xarakterindəki inadkarlıq, aydın məqsədyönlülük, əksinə, onun iradəsini daha da mətinləşdirib, o, ömür yolunda addımlarını daha inamla atıb. Əlbəttə, dünya yaxşılardan xali deyil. Həyatda qarşısına çıxan işıqlı insanların orbitində uğurlu bir yol tutub. Bu insanları, onların dəyərli məsləhətlərini Miryavər müəllim kitablarında ehtiramla yad edir.
M.Hüseynov “Ulu Vətənim Basqal”, “Basqal əcdadlarımızın əks-sədasıdır”, “Basqal əcdadlarımızın əks sədasıdır” (yeni formatda), “Həyatın elmi” kitabları, elmi-publisistik məqalələri ilə istər ədəbi mühitdə, istərsə də ictimai fikirdə özünəməxsus yaradıcılıq dəsti-xətt formalaşdırıb. Bu samballı kitablarını nəinki yerli camaat, həmçinin tədqiqatçı-alimlər, nüfuzlu ziyalılar, söz sahibləri və şübhəsiz ki, yetirmələri çox yüksək qiymətləndiriblər. “Basqal və basqallılar” kitabı da belə tədqiqatın dəyərli nəticəsidir, parlaq sübutudur. Bu kitabın ərsəyə gəlməsi rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun M.Hüseynova, Basqala və basqallılara olan dəruni diqqətinin bariz nümunəsi, məhəbbətinin və ehtiramının göstəricisidir. Bununla Mirdaməd müəllim Basqalı dərindən tədqiq edən, onu təkcə basqallılara yox, ismayıllılılara, eləcə də Azərbaycana tanıtdıran M.Hüseynova mənəvi məqbərə ucaldıb.
Bu gün Miryavər müəllim haqqında çox danışmaq olar (mənə söz verilsəydi, bu fikirləri tədbir iştirakçılarına çatdıracaqdım), hətta danışmaqla bitməz. Bu kitabın qədim sənətkarlar yurdunun tədqiq edilməsində, onun dünyaya tanıdılmasında da böyük rolu olacaq. Əsərlərini yazmaq üçün günlərini arxivlərdə, zamanında sadə insanların arasında keçirmiş, yaradıcılığı Azərbaycanda tolerantlığın bariz nümunəsi olan, mənəviyyat və əxlaq mövzusunda maraqlı povesti ilə tanınmış, bu gün də yorulmadan Basqal üçün çalışan M.Hüseynov hamını salamlayaraq sözün işığına gələnlərə minnətdarlığını bildirdi. O, mövzularına sadiq qalaraq, bu kitaba salınmış əsərlərdə də tarixi, etnoqrafiyanı, qədim bir yurdun adət-ənənələrini, məişətini, burada keçirilən bayramları, dini mərasimləri, sənətkarlığını, usta sənətkarları önə çəkdiyini bildirdi.
Onu da qeyd edək ki, yazıçı-publisist, metodist müəllim, qabaqcıl maarif xadimi olan Miryavər Hüseynovun yenicə işıq üzü görən bu kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitaba müəllifin müxtəlif vaxtlarda dərc olunan “Basqal əcdadlarımızın əks-sədasıdır” etnoqrafik sənədlər toplusu və “Yaşamaq elmi” povesti daxil edilib. “Basqal və basqallılar” kitabının böyük bir hissəsində Basqalın adlı-sanlı yetirmələrinin, o cümlədən dövlət, elm, maarif və incəsənət xadimlərinin həyat yolundan ətraflı bəhs edilir. Bu kitab vasitəsilə qədim tarixə, mədəniyyətə malik Basqal və ona şərəf gətirən basqallılar ən yüksək səviyyədə təqdim olunur. Ümidvarıq ki, kitab İsmayıllı və xüsüsən də Basqal və basqallılar üçün xüsusi əhəmiyyət daşıyacaq.
Sonda müəllifə Azad Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi rayon təşkilatının sədri Hafiz Kərimov Komitənin fəxri üzvü medalını Miryavər Hüseynova təqdim etdi.
Tədbir rayonda fəaliyyət göstərən “Niyal” xalq çalğı alətləri ansamblının üzvlərinin maraqlı çıxışları ilə yadda qaldı…
Daşdəmir Əjdəroğlu

Şərh Yaz