Dəyişməyən böyük dəyər

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının mətbuat katibi Məcid Musayev İsmayıllı gənclərinin son vaxtlar əldə etdiyi nailiyyətlərin mənbəyini öyrənmək və sevincini onlarla bölüşmək məqsədi ilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin (İDHTK) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Rahid Rəcəblidən müsahibə alıb. Müsahibəni oxucularımıza təqdim edirik:
– Salam! Sizi oxucularımıza necə təqdim edək?
– Hər vaxtınız xeyir! İsmayıllı rayon sakiniyəm. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbəsi, TGT sədri – Rahid Rəcəbli. Vətənimi, xalqımı sevən, onlar uğrunda hər zaman çalışan bir gəncəm. Düzgünlük, halallıq, zəhmətkeşlik bağlandığım insani keyfiyyətlərdir. Sakit tabiətli, işimə məsuliyyətlə yanaşanam.

Dəyişməyən böyük dəyərDəyişməyən böyük dəyər

– Siz yeni açılmış ziya ocağında təhsil alırsınız. Qısa müddətdə fəallığınızla seçilmisiniz. Kollecin TGT sədri olmaq, ictimai işlərdə fəallıq təhsil almağınıza mane olmur ki?
– Təhsil aldığım kollec rayonumuzun ilk tələbə müəssisəsidir və burada ictimai işlərdə ilk addımlarımı atıram. Doğulub boya-başa çatdığım rayonda, tanış adamların gözü qarşısında təhsil almaq qürurverici hissdir. Belədə qazandığın ən kiçik uğur hamını sevindirir, səni yeni uğurlara səsləyir. Bu mənada İDHTK TGT sədri olmaq isə böyük məsuliyyətdir.
İctimai sahədə fəallıq nəticəsində idarəçilik təcrübəsi qazanır, bu sahədə praktiki biliklərə yiyələnirəm. Bu fəaliyyət mənə liderlik hissləri aşıladı və bunun nəticəsidir ki, rayonuda 2014-ci ilin “Ən fəal gənci” adına layiq görüldüm. Bu mənim xatirəmdə həmişəlik, unudulmaz gün kimi qalacaq.
– Region gənclərinin ictimai fəallığı sizi qane edirmi?
– Ölkəmizdə uğurlu gənclər siyasəti həyata keçirilir. Görülən işlərdən rayonumuzun da payına düşür. Söhbətin bu yerində rayonumuzun İcra Hakimiyyəti başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqovun gənclərə qayğısını xüsusilə qeyd etmək istəyirəm. Son illərdə İsmayıllıda tələbələrin ictimai həyatda bu qədər fəallığının başlıca səbəblərindən biri də rayon rəhbərliyinin onlara olan diqqətidir. Təsadüfü deyildir ki, bu il rayonumuz Azərbaycanın 2015-ci il “Gənclər Paytaxtı” seçildi. İndi tələbə gənclərimizin ictimai həyata böyük marağı var. İstəyirik ki, tələbələrimiz sosial həyatın bütün sahələrində özlərini tanıdıb, sübut edə bilsinlər.
– İsmayıllı 2015-ci il Azərbaycanın “Gənclər Paytaxtı” adını qazanıb. Qazanılan addan sonra fikriniz nədir?
– Qələbəmiz İsmayıllı gənclərinin fəallığının məntiqi nəticəsi idi. Г‡ünki son illərdə rayonumuzda gənclər siyasəti uğurla tətbiq edilir. Gənclərin davamlı təhsili, onların məşğulluğunun təmin edilməsi, istedadlıların üzə çıxarılması, asudə vaxtlarının təşkili istiqamətində mühüm işlər görülür. Sevinirəm ki, kollecimiz İsmayıllının “Gənclər Paytaxtı” adını ala bilməsində aparıcı rol oynayıb.
2015-ci il üçün hədəflərimiz var. Görəcəyimiz işlər çoxdur. İlk növbədə beynəlxalq əlaqələrimizin genişləndirilməsinə çalışacağıq. Xarici dövlətlərin təhsil ocaqları ilə beynəlxalq əlaqələr qurmaq istəyirik. Bu istiqamətdə də uğurlar qazanacağımıza ümidvarıq.
– Fürsətdən istifadə edərək, tələbə-gənclərə nə demək istərdiniz?
– Bizim hamımız üçün heç vaxt dəyişməyən, böyük bir dəyər var. O, müstəqil Azərbaycan Respublikasıdır. Müstəqil dövlətimizi qorumaq, vətənimizi güclü dövlətə çevirmək bizim hər birimizin əsas vəzifəsi olmalıdır. Bunun üçün gənclər birinci növbədə öz inkişafına nail olmalıdır. Odur ki, elm və dünya mədəniyyətinə yiyənlənməli, əvvəlki nəslin təcrübəsi ilə bütövləşməliyik. Bu yolda hamıya uğurlar arzu edirəm.

Şərh Yaz