Ana dilimizə sevgi ilə

“Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan, ölüb-itməz, amma dilini alsan, fövt olar və ondan bir nişan qalmaz”.
Firidun bəy Köçərli
Ana dilimizə sevgi iləAna dilimizə sevgi ilə

“Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan, ölüb-itməz, amma dilini alsan, fövt olar və ondan bir nişan qalmaz”.
Firidun bəy Köçərli
Bəli, zaman-zaman malımızı, dövlətimizi əlimizdən aldılar, vətənimizi müxtəlif imperiyaların tərkibinə qatdılar. Ancaq dilimizi –“ mənəvi varlığımızı qoruya bildik. Buna görə də var olduq, yaşadıq. Bir millət olaraq öz şərəfimizi, ləyaqətimizi sübut edə bildik. Müstəqilliyimizi əldə etdik. Malımız da, dövlətimiz də, vətənimiz də özümüzə qayıtdı. Г‡ünki ana dilimiz bizim mənəvi diriliyimizdir. Г‡ünki “ana” deyən, “torpaq” deyən, “Vətən” deyən var bu dildə. Г‡ünki “mən azadam, müstəqiləm” deyə bilirik bu dildə. Böyük-böyük məclislərdə bu dildə danışırıq bu gün. Г‡ünki böyük azadlıq şairimiz Xəlil Rza Ulutürkün dediyi kimi:
Bu dildədir, yüz abidə, min abidə
Xilafəti parçalayan Babəkimin qəzəbi də.
Bu dildədir anaların laylası, ataları öyüdləri. Bu dildədir millətimin arzusunu, istəyini, tarixini, adətini, ənənəsini özündə əks etdirən folklorumuz.
Mənim ana dilim, Vətən dilim! Sənin cazibən, sehrin, incəliyin, zənginliyin hamısı anlayanı heyran etməmişdir?
Qarı nənə gecə nağıl deyəndə,
Külək qalxıb qapı-bacanı döyəndə,
Qurd keçinin Şəngülüsün yeyəndə,
Mən qayıdıb bir də uşaq olaydım,
Bir gül açıb ondan sonra solaydım. –“ deyən Şəhriyar dilinin zənginliyi kimi heyran qoymur?
Dilimizə olan bu sevginin ifadəsi olaraq Cülyan kənd tam orta məktəbində fevralın 20-də Ana dili günü qeyd olunurdu. Məktəbin müəllim və şagirdlərinin toplaşdığı akt zalında ilk olaraq nəzər-diqqəti cəlb edən beşik tərpədib layla deyən milli geyimli məktəbli qız Fidanın şirin, həzin layla səsi oldu:
Layla dedim yatasan,
Qızılgülə batasan.
Qızılgülün içində
Şirin yuxu tapasan.
Sonra şagirdlərin hazırladıqları şeir və mahnı çələngi zala toplaşanlara çatdırıldı.
X.R.Ulutürkün, B.Vahabzadənin, Şəhriyarın ana dilimizə məhəbbətdən yoğrulmuş şeirləri böyük maraq və diqqətlə qarşılandı.
Sahib Əliyev,
Cülyan kənd tam orta məktəbinin müəllimi

Şərh Yaz