Təəssübkeş, sadiq dost

Yazını öz fikirlərimlə deyil, haqqında söz açmaq istədiyim vətənpərvər, elinə, obasına sadiq bir insanın tez-tez işlətdiyi bir fikirlə başlamaq istəyirəm: “Həyatın hansı sahəsində olursa-olsun, ən böyük uğurların açarı peşəkarlıqdır. İşinə bələd olub onu sevməkdir. Peşəkarlıq səviyyən nə qədər yüksək olarsa, iş fəaliyyətində özünü bir o qədər inamlı hiss edərsən”. Г‡ox gözəl fikirdir. Və özünə şamil olunmalıdır. Г‡ünki o, qabiliyyəti, istedadı, təcrübəsi və peşəkarlığı nəticəsində həmişə sevilmi və seçilmişdir.

Təəssübkeş, sadiq dostYazını öz fikirlərimlə deyil, haqqında söz açmaq istədiyim vətənpərvər, elinə, obasına sadiq bir insanın tez-tez işlətdiyi bir fikirlə başlamaq istəyirəm: “Həyatın hansı sahəsində olursa-olsun, ən böyük uğurların açarı peşəkarlıqdır. İşinə bələd olub onu sevməkdir. Peşəkarlıq səviyyən nə qədər yüksək olarsa, iş fəaliyyətində özünü bir o qədər inamlı hiss edərsən”. Г‡ox gözəl fikirdir. Və özünə şamil olunmalıdır. Г‡ünki o, qabiliyyəti, istedadı, təcrübəsi və peşəkarlığı nəticəsində həmişə sevilmi və seçilmişdir.
İlk baxışda adama elə gəlir ki, belə bir insan haqqında yazı yazmaq su içmək kimi bir şeydir. Г‡ünki əlli ilə yaxındır ki, müxtəlif işlərdə çalışmış, təcrübəli bir işçidir. Bu gün də yüksək bir enerji ilə çalışmışdır. Biz onu dövlət siyasətinin təbliğində təcrübəli mütəxəssis və təşkilatçı kimi tanıyırıq. Yəni onun haqqında söz açmaq üçün istənilən qədər arqument, fakt və mülahizə vardır. Məhz elə həmin faktların çoxluğu da məsələni bir az qəlizləşdirir.
Söhbət sadə insan, dövlət və dövlətçiliyə sadiq, Vətəninə qəlbən bağlı olan Məmmədxan Əhmədalı oğlu Muradəliyevdən gedir.
Məmmədxan, ümumiyyətlə, az danışmağı qiymətləndirən, çox iş görmək istəyən insandır. Az müddətdə dostluq etdiyim bu insan ən yaxşı sözlərə layiqdir. Düşünürəm ki, Məmmədxan kimi məsuliyyətli insanların gördüyü işlərin müəyyən hissəsini oxuculara çatdırmaq və onu bir daha tanıtmaqdır.
Məmmədxan enişli-yoxuşlu yollardan uğurla keçərək ömrünün mənalı illərini yaşayıb-yaratmaqda davam edir. Köməklik etdiyi insanların xeyir-duaları onu həyata bağlayır, fərəhləndirir, sevindirir. Allah tərəfindən müstəcəb olan bu dualar onu ömrünün bu çağında gəncləşdirir.
Məmmədxan Muradəliyev 1947-ci il mart ayının 30-da Quşencə kəndində anadan olub. 1955-1966- cı illərdə Quşencə kənd tam orta məktəbini yaxşı və əla qiymətlərlə oxuyub. 1966-cı ildə Sumqayıt Politexnik Texnikumuna daxil olub. 1968-ci ildə həmin texnikumun texnik-istismarçı ixtisası üzrə tam kursu bitirib. 1968-ci ildən Sumqayıt şəhərində 2710 nömrəli Avtomobil Yükdaşıma Dəstəsində əmək fəaliyyətinə başlayıb. 1970-1972-ci illərdə həqiqi hərbi qulluqda olub. Nümunəvi xidmət edib. 1972-1978-ci illərdə İsmayıllı rayon kolxozlararası tikinti idarəsində sürücü vəzifəsində çalışıb.
Məmmədxan hələ uşaq yaşlarından bir sıra məziyyətləri, xarakterindəki qəribəlikləri ilə də diqqəti cəlb edib, ətrafındakılarda özünə qarşı maraq yarada bilib. Orta məktəbdə oxuduğu dövrlərdə digər fənlərlə yanaşı, dəqiq elmlərə daha çox diqqət yetirmiş, əmək təlimi (texnologiya), idman və hərbi dərslərdə texniki vasitələrə fərqli yanaşması ilə seçilirdi. Odur ki, istehsalatda çalışdığı vaxtlar bütün bunlar ona dayaq olmuşdur.
Məmmədxan Muradəliyev bir müddət şəhər 1 və 3 nömrəli tam orta məktəblərində avtomobil təlimi üzrə müəllim işləyib. Dərs dediyi şagirdləri daim vətənpərvərliyə çağırır, bu ruhda tərbiyə olunmalarına çalışırdı. Odur ki, orduda xidmət edən gənclərdən həmişə onun ünvanına xoş sözlərlə dolu, hərbi hissələrdən təşəkkür məktubları gəlirdi.

Təəssübkeş, sadiq dost

1979-cu ildən Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti Sumqayıt avtomobil məktəbində təlim ustası, nəzəri müəllim və baş müəllim çalışmışdır. 1992-ci ildə o, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) İsmayıllı rayon Şurasının sədri və o cümlədən, İsmayıllı rayon Texniki İdman Klubunun rəisi vəzifəsinə təyin olunub. 2012-ci ildən həmin təşkilatın adı dəyişilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Г‡ağırış üzrə Dövlət Xidmətinin tabeliyinə verilərək Hərbi Vətənpərvərlik və mütəxəssis hazırlığı məktəbinin direktoru vəzifəsində çalışmışdır. 2013-cü il tarixdə öz ərizəsi əsasında işdən çıxmışdır.
Məmmədxan müəllim işlədiyi müddətdə dəfələrlə yaxşı işinə görə Fəxri fərman, Diplom və medallarla mükafatlandırılmışdır. Hərbi Komissarlıq, Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi, həmçinin, Qarabağ veteranları və iştirakçıları ilə birlikdə rayonda keçirilən hərbi vətənpərvərlik tədbirlərinin rayon birinciliyi, zona və respublika yarışlarının iştirakçısı olmuşdur.
Qarabağ şəhidlərinin anım günlərinin, 20 Yanvar və Xocalı soyqırımı ilə bağlı hər il rayon məktəbləri ilə birgə müxtəlif tədbirlər keçirərək qaliblərə öz hesabına hədiyyələr alıb vermişdir.
Məmmədxan ağır təbiətli, yerini bilən, özünə və ətrafdakılara qiymət verən, sözü üzə deyən, təmiz, möhkəm iradəli insandır. Mənsub olduğu şəcərənin ağsaqqalı, yol göstərənidir. Onun insanlarda xoşlamadığı keyfiyyətlər cahillik, savadsızlıq, xəbislik, yaltaqlıq, riyakarlıqdır. Təhsilə, elmə böyük diqqət yetirir, təkcə övladlarının, nəvələrinin deyil, bütün qohum-əqrabanın, dost-tanışın, qonşunun uşaqlarının da oxuyub, savadlı olmalarını istəyir. Hədsiz dərəcədə qohum və dostlarını sevir.
Hərbi vətənpərvərlikdən söhbət düşəndə o deyir: “Vətənpərvərlik təkcə emosiyalarla, hisslərlə deyil, həm də konkret hərbi bacarıq, peşəkarlıqla ifadə olunduqda istənilən nəticəni verir. Düşməni ram etmək üçün yüksək ixtisaslı və bacarıqlı hərbi mütəxəssislərin yetişdirilməsi vacibdir. Hərb ən böyük elmdir. Bu elm də digərləri kimi məktəb dövründən tədris və təbliğ edilməli, uşaqlara sevdirilməlidir. Odur ki, çalışdığım illərdə həmişə buna nail olmağa çalışmışam”.
M.Muradalıyev YAP-ın üzündür. Uzun müddət həmçinin 2 saylı məntəqə seçki komisiyasının sədri vəzifəsində çalışıb. Həmişə uğurlu işi ilə müsbət nəticələr qazanıb. Hazırda 86 saylı İsmayıllı DSK-nın üzvüdür. Övladları da atalarının hörmətini saxlayır, atalarının başını daim uca edirlər. O, iki oğul, bir qız atasıdır. Hər üç övladı ali təhsillidir. Böyük oğlu Pərviz hərbiçi, Kənan isə hüquqşünasdır. Qızı Elnarə şəhər 5 nömrəli tam orta məktəbində dil-ədəbiyyat müəllimidir. Fəal ictimayətçidir. Həmçinin, 5 saylı məntəqə seçki komisiyasının üzvüdür. Ailədə savada dəyər vermək ənənəsi davam edir. Məmmədxanın altı nəvəsi bu gün orta məktəbin müxtəlif siniflərində təhsil alır. Nəvəsi Aqil Abdullayev həmçinin şahmatçıdır. Dəfələrlə respublika yarışlarında iştirak edərək yüksək yerlər tutmuşdur.
Ömrü boyu inkişaf və tərəqqi naminə çalışan, dövlətin, xalqın, rəhbərlik etdiyi kollektivin dərin hörmətini qazanmış şəxsdir. Г‡alışdığı bütün kollektivlərdə adı hörmətlə, izzətlə çəkilib. O, təəssübkeş, sadiq dostdur.
Hacıməmməd Məmmədov

Şərh Yaz