Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 2015/2016-cı tədris ili üçün DİN-in Polis Akademiyasına əyani təhsil üzrə müdavimlərin qəbulunu elan edir.
Azərbaycan Respublikası DİN-in Polis Akademiyasına qəbul üzrə namizədlər Azərbaycan dilini sərbəst bilən, tam orta təhsil məktəblərinin buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək, boyu 165 santimetrdən yüksək, (qızlar üçün 160 santimetrdən) Azərbaycan Respublikasının vətəndaşları olan mülki gənclər sırasından seçilir.
ElanElan

DİN-in Polis Akademiyasına qəbul üzrə namizədlər İsmayıllı Rayon Polis Şöbəsinə aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
• Şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və notariat qaydada təsdiq olunmuş surəti);
• Təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd (attestat);
• Yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış;
• İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və notariat qaydada təsdiq olunmuş surəti);
• Oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;
• 9×12 sm ölçüdə 2 ədəd, 4×6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).
Ərizə və sənədlərin qəbulu 2015-ci ilin yanvar ayının 21-dən fevral ayının 28-dək olan müddətdə (bazar günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək həyata keçirilir.
Əlavə məlumat almaq üçün əlaqə telefonları: (020) 285-16-08; (050) 640-80-60

Şərh Yaz