Yaddas kitabcasi

20 Yanvar faciəsinin 25-ci ildönümündən silsilə tədbirlər

16 yanvar 2015-ci il tarixdə Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində 20 Yanvar faciəsinin 25-ci il dönumunə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi.
İlk öncə 20 Yanvar faciəsində şəhid olanları xatirəsi bir dəqiqəlik sükütla yad edildi.
20 Yanvar faciəsinin 25-ci ildönümündən silsilə tədbirlər20 Yanvar faciəsinin 25-ci ildönümündən silsilə tədbirlər

16 yanvar 2015-ci il tarixdə Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində 20 Yanvar faciəsinin 25-ci il dönumunə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi.
İlk öncə 20 Yanvar faciəsində şəhid olanları xatirəsi bir dəqiqəlik sükütla yad edildi.
Tədbirdə çıxış edənlər qeyd etdilər ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən dırnağadək silahlanmış keçmiş Sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Düz 25 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
***
Yanvar ayının 17-də İsmayıllı Uşaq Kitabxanasında şəhər 1, 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının birgə Qanlı Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı tədbiri keçirilidi.
Tədbirdə çıxış edənlər bu faciə haqqında geniş məlumat verdilər.
Balaca fidanlar o gecənin dəhşətini hazırladıqları kompozisiyada göstərməyə çalışdılar.
***
19 Yanvar 2015-ci il tarixdə Uştal kənd tam orta məktəbində 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə tədbir keçirildi. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbin direktoru Qeyis Fərmayılov çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın başına gətirilən bu faciədən söz açaraq 20 Yanvar həm də Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olduğunu qeyd etdi. Dərs hissə müdiri Sadiq Umudov, hərbi rəhbər Mail Salmanov, məktəbin tarix müəllimi Dilqəm Əzimov çıxış etdilər. Tədbirdə məktəb şagirdləri 20 Yanvara aid şeirlər söylədilər.
***
20 Yanvar faciəsi ilə əlaqədar Kürdmaşı kəndində tədbir keçirilmişdir. Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin məzarları ziyarət olunduqdan sonra anım mərasimi Kürdmaşı kənd tam orta məktəbinin akt zalında davam etdirildi.
Tədbirdə RİH başçısının Kürdmaşı kənd İƏD üzrə nümayəndəsi Rövşən Əliyev, kənd tam orta məktəbinin direktoru Hafis Mehdiyev 20 Yanvar faciəsi ilə əlaqədar kənd sakinlərinə müəyyən məlumatlar verərək faciədə şəhid olmuş insanların ailələrinə və yaxın qohumlarına baş sağlığı verib, onlara Allahdan səbr arzuladılar. Tədbirdə şagirdlər 20 Yanvarla bağlı kompozisiya nümayiş etdirdilər.
Sonda müstəqilliyimiz və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin ruhuna Quran ayələri oxundu.
***
20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Zaman Qarayev adına Qalınçaq kənd tam orta məktəbinin müəllim və şagird kollektivi vətən uğrunda ölən şəhidlərin qəbirlərini ziyarət edib, onların xatirəsinə ucalmış abidənin önünə gül dəstələri qoyublar. Anım günü ilə əlaqədar keçirilən tədbirdə çıxış edənlər xalqımızın başına gətirilən bu faciədən söz açaraq bu günün həm də Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olduğunu qeyd etdilər. Şagirdlər 20 Yanvar faciəsi ilə bağlı kompozisiya nümayiş etdirdilər.
Gülnarə Mirzəliyeva

Şərh Yaz