Yaddas kitabcasi

Hesabatdan-hesabata

Ruşan inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ümumi ərazisi 32,62 kvadrat kilometr, əhalisinin sayı 1403 nəfərdir. Onlardan 234 nəfəri qaib sakindir. Kənd əhalisinin əsas məşğuliyyəti taxılçılıq və heyvandarlıqdır. Nümayəndəliyin ərazisində Ruşan və Vəng kənd tam orta məktəbləri, iki kitabxana, poçt şöbəsi, elektron ATS və 2 tibb məntəqəsi fəaliyyət göstərir.

Hesabatdan-hesabataDaha düzgün seçim
Hesabatdan-hesabata
Yanvar ayının 21-də RİH başçısının Cülyan kənd inzibati ərazi dairəsi (İƏD) üzrə nümayəndəsinin 2014-cü ildə gördüyü işlərə dair hesabatı dinlənilib. Yığıncaqda RİH başçısının müavini Sevil Əhmədova, ərazidəki idarə işçiləri, məktəb müəllimləri və kənd sakinləri iştirak edib.
İƏD üzrə nümayəndə Tahir Hüseynov hesabat məruzəsində 2015-ci ilin 1 yanvar tarixinə ümumi sahəsi 539 hektar olan nümayəndəlikdə 385 ev, 412 ailə, 1473 nəfər sakinin olduğunu bildirilib.
Ərazidəki təsərrüfatlarda 646 baş iribuynuzlu, 2120 baş xırda buynuzlu heyvan bəslənir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik və bağçılıqdır.
Natiq qeyd edib ki, il ərzində nümayəndəlik öz işini Qanunvericilikdən irəli gələn tələblər, eləcə də, 2014-cü il üçün tərtib olunmuş iş planı əsasında qurub.
Müəyyən olunmuş qəbul günlərində “Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında” Qanuna müvafiq olaraq yazılı və şifahi müraciətlər, təkliflər istiqamətində mütəmadi iş aparılıb.
İl ərzində kənddə 20 uşaq doğulub. 11 nəfər vəfat edib. Uşaq ölümü olmayıb. 10 gənc ailənin nikahı qeydə alınıb.
2014-cü ildə Cülyan tam orta məktəbinin məzunlarından 11 nəfəri ali, 3 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunub. Ali məktəbə qəbul olunanlardan 4 nəfəri hərbiçi olmağa üstünlük verib.
Hazırda məktəbdə 30 nəfər müəllim 236 nəfər şagirdin savadlanması, təlim-tərbiyəsi ilə məşğuldur. Məktəbdə şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirilir. Bunu hərbi ali məktəblərə qəbulun nəticəsi aydın göstərir. Məktəbin “Şahin” hərbi idman oyunları üzrə komandasının uğurları sevindiricidir.
Hesabat məruzəsində 23 dekabr 2014-cü il tarixdə keçirilən bələdiyyə seçkilərinin demokratik şəkildə keçdiyi bildirilib.
Kəndin ictimai binalarından söhbət açan natiq ərazidəki uşaq bağçasının, klubun, tibb məntəqəsinin kitabxananın, İƏD-ə məxsus binanın istifadəyə yararsız hala düşməsini və təmiri üçün daxili imkanların olmamasını diqqətə çatdırıb. İş yerlərində imkanların qənaətbəxş olmamasına baxmayaraq, nümayəndəlik ərazisində dövlət və dini bayramların, mühüm tarixi günlərin keçirilməsi yüksək səviyyədə təşkil olunub.
Nümayəndəlik hesabat ilində maliyyə xərcləri üçün ayrılmış 45357 manatın 43084 manatını xərcləmişdir ki, bu da proqnozlaşdırılmış vəsaitin 95 faizini təşkil edir.
Hesabat məruzəsi ətrafında çıxışlarda İƏD üzrə nümayəndəliyin il ərzində gördüyü işlər qənaətbəxş hesab olunub.
İl ərzində əhalinin, eləcə onlara məxsus mal-qaranın sağlamlığı diqqət mərkəzində olub. Kənd əhalisinin sosial qayğılarının həlli istiqamətində mütəmadi iş aparılıb.
Г‡alışmalara baxmayaraq, çıxışlarda ərazidə yaşayanlar qazın aşağı təzyiqdə verilməsindən, elektrik xətlərinin köhnəliyindən, kəndi rayon mərkəzi ilə birləşdirən yolun gediş-gəliş üçün yararsızlığından gileyləniblər. İçməli suyun kifayət qədər olduğu bu kənddə onun düzgün bölünməməsi səbəbindən problemlər yaşanmaqdadır.
Hesabat yığıncağında səslənən çıxışlardan hasil olan nəticə budur ki, ərazidə İƏD nümayəndəliyi ilə bələdiyyə nöqsanların aradan qaldırılmasında əlbir fəaliyyət nümayiş etdirməlidirlər.
Г‡ıxış edənlərin hər biri ölkədəki, eləcə də rayon mərkəzindəki tikinti-quruculuq işlərindən, iqtisadi inkişafdan, insanların maddi rifahının yüksəlməsindən qürur hissi duyduqlarını ifadə ediblər. Onlar, gündəlik inkişafın rayon mərkəzindən bir o qədər də uzaq olmayan Cülyan kəndinə də təsirsiz ötməyəcəyinə ümidvar olduqlarını bildiriblər.
Tədbirin sonunda RİH başçısının müavini S.Əhmədova Cülyan kənd sakinlərinin yaxın keçmişə qədər faydalı əməyə bağlı olmalarını yaxşı hal kimi, yığıncaq iştirakçılarının diqqətinə çatdırıb, müsbət ənənələrin yaşadılması məsələsinə diqqət çəkib. Kənddəki sosial problemlərin həllini kənd ictimaiyyətinə, buradakı ziyalılara, xüsusilə də gənclərə güvənərəkdən həll etmənin daha düzgün seçim olmasını vurğulayıb.


Görülmüş işlərlə kifayətlənmək olmaz

Ruşan inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ümumi ərazisi 32,62 kvadrat kilometr, əhalisinin sayı 1403 nəfərdir. Onlardan 234 nəfəri qaib sakindir. Kənd əhalisinin əsas məşğuliyyəti taxılçılıq və heyvandarlıqdır. Nümayəndəliyin ərazisində Ruşan və Vəng kənd tam orta məktəbləri, iki kitabxana, poçt şöbəsi, elektron ATS və 2 tibb məntəqəsi fəaliyyət göstərir.
2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrlə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Ruşan İƏD-i üzrə nümayəndəsi Məhəbbət Vəliyevin hesabatı dinlənilmişdir. Hesabat yığıncağında RİH başçısının birinci müavini Rövşən Ağayev iştirak etmişdir.
Hesabat məruzəsi ilə çıxış edən M.Vəliyev Respublikamızda, eləcə də rayonumuzda əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından xeyli iş görüldüyünü söyləmişdir: Hal-hazırda ölkənin bütün bölgələrində olduğu kimi, İsmayıllı rayonunda da inkişaf yüksək səviyyədə gedir. Son iki ildə İsmayıllı rayonunda aparılan yenidənqurma işləri inkişafa təkan vermişdir. Qalınçaq-Göytıpə-Ruşan- Mücühəftəran kəndlərinin yolu asfaltlanmış, Vəng kəndinin yolu əsaslı təmir olunmuşdur. Əhali bu diqqət və qayğıya görə Azərbaycan dövlətinə, onun prezidenti cənab İlham Əliyevə minnətdarliq edir.
Nümayəndəliyə il ərzində 7 yazılı, 18 şifahi müraciət və təklif daxil olmuşdur. Müraciətlər vaxtında həll olunmuş, ərizəçilərə qənaətbəxş cavablar verilmişdir.
Məruzə ətrafında çıxışlarda ərazidə olan problemlərdən danışılmış, onların həlli yolları araşdırılmışdır. Başlıca problemlərdən biri kimi ərazidə təbii qazın olmaması göstərilmişdir. Kəndin mərkəzi küçəsinin işıqlandırılmasına köhnə elektrik dirəklərinin, eləcə də ötürücü naqillərin dəyişdirilməsinə ehtiyac olduğu vurğulanıb. Г‡ıxış edənlər hesabat ili ərzində görülən işlərə kafi qiymət verilməsini təklif ediblər.
Tədbirdə iştirak və çıxış edən RİH başçısının birinci müavini R.Ağayev görülən işlərlə kifayətlənməməyi, Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin RİH başçısının əmr və sərəncamlarının icrasına vaxtında və yüksək səviyyədə əməl olunmasını diqqətə çatdırmışdır.
“İsmayıllı xəbərləri”

Doğma torpağa bağlılıq
Hesabatdan-hesabata

2014-cü il ölkəmiz, rayonumuz, o cümlədən, onun hər bir yaşayış məntəqəsi üçün uğurlu olub. Yola saldığımız ildə də ulu öndər Heydər Əliyevin bizə əmanət etdiyi müstəqil Azərbaycan durmadan inkişaf edib.
Bir neçə gün əvvəl İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Qurbanəfəndi ərazi dairəsi üzrə nümayəndəsi Cavad Qarayev görülən işlərlə bağlı keçirilən hesabat yığıncağında məruzəsi dinlənib.
Yığıncaqda RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov və kəndin 100-dən artıq sakini iştirak edib.
Qurbanəfəndi İƏD-də 1140 nəfər yaşayır. Onlardan cəmi 16 nəfəri qaib əhali sayındadır. Bu da kənd sakinlərinin talelərini doğulduqları torpağa bağlamaq baxımından xeyli sevindiricidir.
İƏD üzrə nümayəndə C.Qarayevin hesabat məruzəsində 2015-ci ilin 1 yanvar tarixinə nümayəndəlikdə 351 ailədə 207 təsərrüfatın, 1140 nəfər sakinin, onlardan cəmi 13 nəfərin qaib olduğu bildirilib. O qeyd edib ki, təsərrüfatlarda 1714 baş iribuynuzlu, 7345 baş xırda buynuzlu heyvan bəslənilir. Ev quşlarının sayı 9435-dir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq olması rəqəmlərdən görünür. Örüş sahələrinin geniş olacağı halda, mal-qaranın sayının çox ola bilməsi də hesabatda vurğulanıb.
Kəndin sakinləri fərdi əməklə məşğul olmaqda xeyli maraqlı və bacarıqlıdırlar. Ərazidə bir kəndli fermer təsərrüfatının olması da buna nümunədir.
Natiq ərazidə olan problemlərə yer ayıraraq, kəndin perspektiv inkişaf fondu torpaqlarının olmamasını diqqətə çatdırıb. Bu səbəbdən gənc ailələr valideynləri ilə eyni evlərdə, təsərrüfatda yaşamalı olurlar ki, nəticədə, digər arzuolunmazlıqlar ortaya çıxır.
İl ərzində nümayəndəlikdə 6 gənc ailənin nikahı bağlanıb. 19 uşağın doğumu, 6 nəfərin ölümü qeydə alınıb.
Natiq məruzəsində İƏD-də təhsil, mədəniyyət və səhiyyə sahəsində aparılan işlərə yer ayırmaqla, əldə olunmuş uğurlardan danışıb, nümayəndəliyin ərazisində bir tam orta məktəbin, iki kitabxananın (kənd və məktəb), klub, poçt şöbəsi və ATS-in fəaliyyət göstərdiyini bildirib. Kənd tam orta məktəbi məzunlarının ali və orta ixtisas məktəblərinə qəbulunda ildən-ilə artan qəbullar sevindirici hal kimi qeyd edilib.
Hesabat ilində Qurbanəfəndi bələdiyyəsinin nümayəndəliklə birgə fəaliyyəti də məruzədə əksini tapıb.
Məruzə ətrafında çıxışlarda kənddaxili yolların abadlaşdırılması, mərkəzi küçənin asfaltlaşdırılması, tibb məntəqəsi tikintisi həlli vacib məsələlər kimi müzakirə mövzusu olub. Kəndin elektrik təchizatında bir sıra problemlər hələ də qalmaqdadır. Г‡ıxış edənlər dövlətimizin iqtisadi yüksəliş yolunda olduğu bir vaxtda bu məsələlərin tezliklə öz həllini tapacağına ümidvar olduqlarını bildiriblər.

Görülən işlər – kafi qiymət
Hesabatdan-hesabata
Yanvar ayının 9-da İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Xankəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2014-cü ildə gördüyü işlərə dair illik hesabat iclası keçirildi. İclasda RİH başçısının birinci müavini, rayon Fövqaladə Hallar Komissiyasının sədri Rövşən Ağayev iştirak edirdi.
İclası giriş sözü ilə İsmayıllı RİH başçısının Xankəndi İƏD-iüzrə nümayəndəsi Gülbaba Şıxıyev açdı. Özünün və nümayəndəliyin sakinləri adından R.Ağayevi salamlayaraq il ərzində həyata keçirilən işləri əks etdirən hesabat məruzəsini oxudu.
Məruzənin oxunuşundan sonra çıxış üçün yığıncaq iştirakçılarına söz verildi.
Hesabatdan-hesabata

Kənd sakinləri görülən işlərlə yanaşı ərazidə bəzi problemlərin də olduğunu vurğuladılar. Problemlər əsasən elektrik dirəklərinin köhnə olması, nümayəndəliyin kəndlərində mavi yanacağın olmaması səbəbindən meşələrin qırılması və yolların vəziyyəti ilə bağlı oldu.
Hesabat məruzəsini dinləyən R.Ağayev İsmayıllı RİH başçısı M.Sadıqovun salamlarını kənd sakinlərinə çatdırdı, onları maraqlandıran suallara cavab verdi, eləcə də, rayonda gedən tikinti-quruculuq işləri haqqında ətraflı məlumat verdi.
Hesabat yığıncağında il ərzində görülən işlərə kafi qiymət verildi.
Təvəkkül Abdulov,
RİH başçısının Xankəndi İƏD üzrə nümayəndəsinin müavini

Şərh Yaz