Dama yarışı

15 yanvar 2015-ci il tarixdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində məktəblilər arasında 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilən dama üzrə rayon birinciliyi keçirilib.
Dama yarışıDama yarışı

Yarışdan əvvəl 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti İlham Vahabov Qanlı Yanvarın dəhşətlərini diqqətə çatdıraraq bu qətliamı törədənlərin gec-tez öz layiqli cəzalarına çatacaqlarını söyləyiblər.
Yarışda 10 tam orta məktəbdən 28 şagird öz gücünü sınayıb.
Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada I, II, III yerləri tutan dama həvəskarlarına rayon Gənclər və İdman İdarəsinin diplom və qiymətli hədiyyələri verilib.
Bəhruz Səfərəliyev,
Gİİ-nin əməkdaşı

Şərh Yaz