Gənclər gələcəyimizdir

29 dekabr 2014-cü il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin akt zalında İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov gənclərlə görüşüb.
RİH başçısı çıxış edərək bildirib ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb. Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir.
Gənclər gələcəyimizdir

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə hər zaman gənclərin inkişafına, təhsilinə böyük önəm verdiyini, bu istiqamətdə müəyyənləşdirdiyi siyasəti uğurla həyata keçirildiyini bildirən İcra başçısı Mirdaməd Sadıqov qeyd edib ki, bu gün də həmin siyasət davam etdirilməkdədir, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan gəncliyinə böyük diqqət və qayğı göstərilir. Gənclərimizin daha yaxşı təhsil alması, daha dərin biliklərə yiyələnməsi, müasir dünyanın tələblərinə cavab verən insanlar, vətəndaşlar kimi formalaşması dövlətimiz, bilavasitə Prezidentimiz tərəfindən onlara göstərilən qayğının bariz nümunəsidir.
Ölkəmizdə güclü, vətənpərvər, savadlı, yenilikçi gənclər ordusunun olduğunu qeyd edən Mirdaməd Sadıqov Azərbaycanda dövlət səviyyəsində gənclərlə bağlı bir sıra proqramların və layihələrin həyata keçirildiyini nəzərə çatdırıb.
İsmayıllı gənclərinin son dövrdə qazandığı uğurlar çıxışların mövzusu olub.
Gənclər həmçinin istəkləri, reallaşdırmaq istədikləri layihələr istiqamətində təkliflərlə çıxış ediblər.
Г‡inarə Bəhərçinli

Şərh Yaz