Müəllimlərlə görüş

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 2015-ci il yanvar ayının 8-də Kürdmaşı kənd tam orta məktəbinin pedaqoji kollektivi ilə görüşüb.
RİH başçısı M. Sadıqov ölkə iqtisadiyyatının yüksəlişindən, vətəndaşlarımızın maddi və sosial rifahının gündən-günə inkişaf etməsindən, respublikada, onun ayrı-ayrı bölgələrində, eləcə də rayonumuzda tikinti-quruculuq işlərinin geniş vüsət almasından söz açıb, müşahidə olunan, qürurverici uğurlarda müəllimlərin, yetişməkdə olan nəslin tərbiyəçilərinin də böyük əməyi olduğunu bildirib.
Müəllimlərlə görüşMüəllimlərlə görüş

Bununla yanaşı, qazanılan nailiyyətlərdə Kürdmaşı kənd tam orta məktəbinin nəzərəçarpan payının olmamasını da başçı təəssüflə qeyd edib.
Görüşdə son illər ərzində məktəbdə maliyyə xərclərinin yoxlanmasının nəticələri təhlil olunub.
Açıqlanan məlumatlardan müəyyənləşən nöqsanların aradan qaldırılması ilə bağlı müzakirələr aparılıb. Kollektivə, xüsusilə də məktəb rəhbərliyinə idarəçilik və məktəbşünaslıqla bağlı lazımi tövsiyələr verilib.
Pedaqoji kollektiv səmimi və işgüzar görüşə görə RİH başçısına minnətdarlıq edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz