Millətin gücü həmrəylikdədir

Dünya Azərbaycanlılarının Həmrəylik Gününü 22 ildir ki, ümumxalq bayramı kimi qeyd edirik. Bir-birimizi bu gün münasibəti ilə təbrik edir, xoş sözlər işlədirik.
Xalqlar üçün ən böyük bayram Milli həmrəylikdir. Г‡ox mübarizələrdən keçmiş xalqımızın başı bəlalar çəkmiş, hətta tarix səhifəsindən silib atmağa cəhdlər olmuşdur. Yerləşdiyimiz regionun güclü dövlətləri əcdadlarımızın bizə qoyub getdiyi əraziləri işğal edərək, parça-parça etmişlər. Bir hissəsinin Dərbəndə, bir hissəsinin Borçalıda, bir hissəsinin Zəngəzurda, bir hissəsinin Cənubda ayrı-ayrı dövlətlərin tərkibində yaşamaq məcburiyyətində qaldıq. Bütün bunlar azmış kimi, Qarabağ da işğal altında inləmək məcburiyyətində qaldı. İndi yer üzünün elə bir nöqtəsi yoxdur ki, tarixi proseslərin təsiri nəticəsində oraya azərbaycanlılar səpələnməsin. Milyonlarla Azərbaycanlını birləşdirəcək bir vətən var Azərbaycan!
Millətin gücü həmrəylikdədirDünya Azərbaycanlılarının Həmrəylik Gününü 22 ildir ki, ümumxalq bayramı kimi qeyd edirik. Bir-birimizi bu gün münasibəti ilə təbrik edir, xoş sözlər işlədirik.
Xalqlar üçün ən böyük bayram Milli həmrəylikdir. Г‡ox mübarizələrdən keçmiş xalqımızın başı bəlalar çəkmiş, hətta tarix səhifəsindən silib atmağa cəhdlər olmuşdur. Yerləşdiyimiz regionun güclü dövlətləri əcdadlarımızın bizə qoyub getdiyi əraziləri işğal edərək, parça-parça etmişlər. Bir hissəsinin Dərbəndə, bir hissəsinin Borçalıda, bir hissəsinin Zəngəzurda, bir hissəsinin Cənubda ayrı-ayrı dövlətlərin tərkibində yaşamaq məcburiyyətində qaldıq. Bütün bunlar azmış kimi, Qarabağ da işğal altında inləmək məcburiyyətində qaldı. İndi yer üzünün elə bir nöqtəsi yoxdur ki, tarixi proseslərin təsiri nəticəsində oraya azərbaycanlılar səpələnməsin. Milyonlarla Azərbaycanlını birləşdirəcək bir vətən var Azərbaycan!
Böyük türk alimi, Əli bəy Hüseynzadə ideologiyasının davamçısı Z.Gögalp yazırdı ki, Milli həmrəyliyin olması üçün ən vacib şərt ümumi vətən əxlaqının olmasıdır. “Türkçülüyün əsasları” əsərində böyük alim yazırdı ki, “vətən əxlaqı milli ülgülərdən (ideyalardan) milli vəzifələrdən meydana gələn bir əxlaq deməkdir”. O, göstərirdi ki, vətən yalnız üstündə yaşadığınız torpaq deyildir. Buradan belə qənaətə gəlmək mümkündür ki, bir sərhəd çərçivəsində yaşamaq milli həmrəylik üçün ölçü meyarı deyildir. Harada yaşamağından asılı olmayaraq insanı birləşdirən onların qürur yeri olan bir dövlətin mövcudluğu, onun tərəqqisi, dünyaya inteqrasiyasıdır.
Bütün dünyadakı azərbaycanlıları birləşdirəcək bir simvol var o əcdadlarımızın bizə qoyub getdiyi üç rəngli bayraqdır. Bu bayrağı bir ideal rəmzinə çevirən hər bir kəs millətini, ümmətini, mədəniyyətini tanımalıdır.
Vətən təkcə təbii sərvətləri ilə tanıdılmır, onu tanıdan, şöhrətləndirən insanlardır. Dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq yaşayan, fəaliyyət göstərən hər kəs düşünməlidir ki, onun yaxşı əməli vətənə şərəf, pis əməli isə vətənə nifrət hissi formalaşdırır. Bu vətən əxlaqı bu mənada hamını birləşdirəcək bir amaldır, idealdır.

Millətin gücü həmrəylikdədir

Z.Gögalpın fikrincə milli həmrəyliyin “vətəni əxlaqdan” sonra ikinci təməli “mədəni (sivil) əxlaq”dır. Böyük alim yazırdı ki, “Mədəni (sivil) əxlaq ilkin yaddaşlarınızı, sonra dindaşlarınızı, ən sonra da bütün insanları sevməkdən və hörmətə layiq bilməkdən ibarətdir” Həmrəylik üçün yurddaşlar arası münasıbət çox önəmlidir.
Ulu öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının birinci qurultayında məzmunlu çıxışını bu sözlərlə bitirmişdir: Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam.
Bu məmləkət tək bir xalqa, bir millətə mənsub deyil. Azərbaycan çoxmillətli bir dövlətdir. Milli kimliyindən asılı olmayaraq, hamınız bir yurdun övladı olduğunuz üçün bir-birimizə sevgi ilə, hörmət ilə yanaşmalıyıq. Təəssüf hissi ilə deməliyik ki, üçümüz-beşimiz bir yerə toplaşanda “bizdən millət olmaz” kimi, özünə nifrət təlqin edən ifadələri işlətməkdən çəkinmirik. Ölkədən kənarda bir-birimizdən sevgi və məhəbbətin olmamasına görə, etibarsızlıq edərək yan qaçırıq, yurddaşa yad münasibət sərgiləyirik. Bu yurddaş sevgisindən kənar münasibət bizim milli həmrəyliyimizə xələl gətirdiyini düşünmürük. Halbuki, yurddaş təfəkkürünə sədaqət hər yerdə vətəndə də, vətəndən kənarda da bizim güclü olmağımıza səbəb ideoloji vasitədir.
Milli həmrəylik üçün istinad nöqtələrindən ən mühümü yurd insanlarının din birliyidir. Əgər bir yurddaş kimi bir-birimizi dinindən, dilindən, milli kimliyindən asılı olmayaraq sevməliyiksə, dikdaş kimi bir dinə ibadət etməyinizə hörmətlə yanaşmalıyıq. Bu yurdda özünü möhkəmlədən, sonuncu din hamımızın qəbul etdiyimiz, ibadət etdiyimiz din İslam dinidir. İslam dini yurdun müxtəlif millətlərlə, xalqlara mənsub olan övladlarını birləşdirən bir amildir. Hamımız bir Allaha ibadət edir, bir peyğəmbərin ümməti sanırıq özümüzü. Belə olan halda, İslam təliminin tövsiyələrinə əsasən hər bir müsəlmanı özünüzə qardaş, dost saymalıyıq. Bölücü dini təriqətlər bizim birliyimizə xələl gətirir, milli həmrəyliyimizi sarsıdır. Aydın dərk etməliyik ki, hər bir dinə aid olan müxtəlif təriqətlər həmin millətlərin bütövlüyünə yox, parçalanmasına xidmət edir. Dinin çox böyük gücü vardır. Bütün yurddaşlarımızın əxlaqı düşüncəsinin əsasında dini dəyərlər dayanır. Adətlər, ənənələr, mərasimlər bu qaydalar əsasında tənzimlənir. Odur ki, milli həmrəyliyin təməl prinsiplərindən olan dikdaşlıq düşüncəsinə hörmət və ehtiramla yanaşmalıyıq.
Milləti, xalqı ucaldan, güclü göstərən amillərdən biri də bəşəri sevgidir. Yer üzünün bütün insanlarına bəşər övladı kimi yanaşılmalı, insanları sevmək və hörmət bəsləmək millətin gücüdür, həmrəyliyidir.
Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının qurultayındakı dolğun nitqini bitirərkən demişdir: “Qoy, çaylarımız qurumasın! Qoy, ağaclarımız kəsilməsin! Qoy, çırağımız sönməsin!”
Biz yurddaş, dikdaş, bəşər övladı olduğumuz üçün həmrəy olaq!
Həmrəylik bayramınız mübarək!
Şahin Kərimov,
şəhər 6 nömrəli tam orta məktəbinin tarix müəllimi

Şərh Yaz