Həsrət yüklü ömür

Ölüm ayrılıqların ən amansızıdır. Ayrılığa öyrənən insanlar ölümü də adi qarşılayırlar. Belə insanlardan idi Akif müəllim. Həsrət yükü daşımağa öyrənmişdi. Göyçə dərdu ürəyində elə qubar eləmişdi ki, onu ata bilmirdi, ayıra bilmirdi özündən. Hamının dərdinə şərik olmaq, hamı ilə ünsiyyət qurmaq qabiliyyəti vermişdi Tanrı ona. Bəlkə də elə bu idi onu hamıdan fərqləndirən, hamıya sevdirən.
Həsrət yüklü ömürÖlüm ayrılıqların ən amansızıdır. Ayrılığa öyrənən insanlar ölümü də adi qarşılayırlar. Belə insanlardan idi Akif müəllim. Həsrət yükü daşımağa öyrənmişdi. Göyçə dərdu ürəyində elə qubar eləmişdi ki, onu ata bilmirdi, ayıra bilmirdi özündən. Hamının dərdinə şərik olmaq, hamı ilə ünsiyyət qurmaq qabiliyyəti vermişdi Tanrı ona. Bəlkə də elə bu idi onu hamıdan fərqləndirən, hamıya sevdirən.

Həsrət yüklü ömür

Həsənov Akif Məhərrəm oğlu 1949-cu ildə Göyçə mahalının Basarkeçər rayonunda anadan olmuşdu. Məlum hadisələrlə əlaqədar 1988-ci ildə İsmayıllı rayonunun Qoşakənd kəndinə köçmüşdü. 1989-cu ildən Qoşakənd kənd tam orta məktəbində dil-ədəbiyyat müəllimi, uzun illər həmin məktəbin tərbiyə işləri üzrə direktor müavini işləmişdi. 2013-cü ildən Bakı şəhərinə köçmüşdü.
Demə, üzü gülsə də, dərd içindən yemişdi onu. Hər şeyi gülə-gülə qarşıladı. Hətta, ölümü də. Göyçədə başlayan, 2015-ci ilin yanvar ayının 11-də Bakıda bitən bir ömrün qısa tarixi idi bu. Onu tanıyan, onu sevən insanların yaddaşından heç zaman silinməyəcək bir insanın, bir müəllimin ömür tarixçəsi.
Allah rəhmət eləsin.
Qoşakənd məktəbinin pedaqoji kollektivi

Şərh Yaz