Ümumi tender elanı

İkinci Kənd İnvestisiya Layihəsinə Əlavə Maliyyələşdirmə mərhələsi çərçivəsində icmalar tərəfindən müəyyən edilmiş prioritet ehtiyaclara əsaslanan iqtisadi (məs. kənddaxili yolların, içməli su sistemlərinin, suvarma infrastrukturlarının, elektrik transformatorlarının və s. bərpası) və ictimai (məktəb və tibb məntəqələrinin tikintisi və bərpası) infrastruktur layihələri həyata keçirilir.Ümumi tender elanı

Şimal zonasının Regional Əməliyyatlar Ofisi bu tipli layihələrin icrası məqsədilə keçirilən tenderdə iştirak etmək iddiasında olan bütün hüquqi və fiziki şəxsləri əməkdaşlığa dəvət edir.
Bununla bağlı, Şimal Regional Əməliyyatlar Ofisinə aşağıdakı sənədlər təqdim olunmalıdır:
* Maraq məktubu;
* Nizamnamə;
* Maddi-texniki və insani resurslar barədə məlumat;
* Son 3 ildə infrastruktur tipli layihələrdə iş təcrübəsinin olması.
Qeyd olunmuş sənədlər toplusunu 29 yanvar 2015-ci il tarixə, saat 15:00-a kimi Şimal zonasının Regional Əməliyyat Ofisinə təqdim etmək lazımdır.
Ünvan: İsmayıllı şəhəri, Həsən bəy Zərdabi küçəsi, döngə 1
Əlaqə telefonu: (020) 28 -5 -12 -48
AzKİL 2

Şərh Yaz