Müstəqilliyi uğrunda mübarizə günü

14 yanvar 2015-ci il tarixdə İsmayıllı Rayon Uşaq Kitabxanasında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı “20 Yanvar qan yaddaşımızdır!” mövzusunda yeniyetmə rəssamların əl işlərindən ibarət sərgi təşkil edilib.
Müstəqilliyi uğrunda mübarizə günüMüstəqilliyi uğrunda mübarizə günü

Müstəqilliyi uğrunda mübarizə günü

14 yanvar 2015-ci il tarixdə İsmayıllı Rayon Uşaq Kitabxanasında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı “20 Yanvar qan yaddaşımızdır!” mövzusunda yeniyetmə rəssamların əl işlərindən ibarət sərgi təşkil edilib.
Rayon Gənclər və İdman İdarəsi, Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə baş tutan sərgidə
Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, 20 Yanvarın tariximizə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda mübarizə günü, eyni zamanda xalqımızın qəhrəmanlıq salnaməsi kimi daxil olduğu vurğulanıb.
12 məktəbdən 50 şagirdin rəsmləri sərgilənib, yekunda əl işləri ilə fərqlənən 6 şagirdə Rayon Gənclər və İdman İdarəsinin diplom və hədiyyələri təqdim olunub.
Şəhla Ramazanqızı,
Gİİ-nin əməkdaşı

Şərh Yaz