Ümummilli lider ehtiramla anıldı

Dekabrın 12-si xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günüdür.
Səhər saat 9:00-dan başlayaraq İsmayıllı Mədəniyyət Sarayının qarşısında ulu öndərin sevdiyi və Ümummilli liderə həsr olunan mahnı və şeirlər səsləndirilib.
İsmayıllı rayonunun mərkəzi meydanında izdiham yaşanırdı, əllərində qırmızı qərənfillər tutan yüzlərlə insan bu dahi şəxsiyyətə sevgi və ehtiramlarını bildirmək üçün dəstə-dəstə Ulu öndərin abidəsini ziyarət etməyə gəlmişdilər. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, yaşlı nəslin nümayəndələri, gənclər və ictimaiyyət nümayəndələri Ümummilli liderin abidəsi önünə tər gül dəstələri qoyub, xatirəsini ehtiramla yad etdilər.
Ümummilli lider ehtiramla  anıldıÜmummilli lider ehtiramla  anıldı

Daha sonra dahi şəxsiyyətin adını daşıyan Mərkəzə baxış keçirildi. Burada insanlar Heydər Əliyevə həsr olunmuş sərgi ilə tanış olub, onun həyat və fəaliyyətini əks etdirən eksponatlara və filmə baxdılar.

Ümummilli lider ehtiramla  anıldı

***
Anım mərasimindən sonra Heydər Əliyev Mərkəzində Heydər Əliyev İdarəetmə Məktəbinin “Heydər Əliyev tarixi və fenomen şəxsiyyətdir” mövzusunda konfrans keçirilib.
Tədbiri giriş sözü ilə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açıb.
Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdən bəhs edən filmə baxılıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək dünya şöhrətli şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətindən, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzolunmaz xidmətlərindən, müasir Azərbaycanın memarı Heydər Əliyevin əsasını qoyduğu və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlərdən söz açıb.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, şəhər 3 və 5 nömrəli tam orta məktəblərinin müəllimləri Vasif Cabbarov, Elnarə Muradəliyeva, Ruşan kənd tam orta məktəbinin direktoru Rəna Məmmədova çıxış edərək böyük şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyevin keçdiyi həyat yolundan, Azərbaycanın inkişafında göstərdiyi xidmətlərdən danışıblar.

***
Günün ikinci yarısında “Qala” şadlıq sarayında, “Xeyir-şər evi”ndə rayon ictimaiyyəti nümayəndələri, dindarlar, ağsaqqallar, ziyalılar, hüquq-mühafizə orqanlarının işçiləri göstərilən ünvanlarda Ulu öndərin xatirəsinin anılması ilə bağlı açılan ehsan süfrələrinin qonağı olublar.
Ulu öndərin ruhuna dualar oxunub. Monitorlarda Heydər Əliyevin ömür yolundan bəhs edən sənədli film nümayiş etdirilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz