Bayram sovqatı verildi

Dekabrın 27-də İsmayıllı Rayon İcra Hakimiyyəti, Uşaq və Ailələrə Dəstək Mərkəzi, Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və “Access ” Bank qapalı Səhimdar Cəmiyyətininin İsmayıllı rayon filialının maliyyə dəstəyi ilə xüsusi qayğıya ehtiyaclı uşaqlar üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar H.B.Zərdabi küçəsindəki “Xeyir –“ şər evi”ndə tədbir keçirildi.
Bayram sovqatı  verildiBayram sovqatı verildi

Bayram sovqatı  verildi

Dekabrın 27-də İsmayıllı Rayon İcra Hakimiyyəti, Uşaq və Ailələrə Dəstək Mərkəzi, Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və “Access ” Bank qapalı Səhimdar Cəmiyyətininin İsmayıllı rayon filialının maliyyə dəstəyi ilə xüsusi qayğıya ehtiyaclı uşaqlar üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar H.B.Zərdabi küçəsindəki “Xeyir –“ şər evi”ndə tədbir keçirildi.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavinləri Sevil Əhmədova, Mahmud Süleymanov, rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, “Access” Bankın İsmayıllı filialının rəhbəri Elşən Abdullayev çıxış edərək bu qəbildən olan uşaqlara və ailələrə qayğı göstərilməyin fəzilətlərindən danışdılar. Onlar tədbirdə iştirak edən uşaqları qarşıdakı bayramlar münasibəti ilə təbrik etdilər və onların timsalında bütün uşaqlara ən xoş arzularını çatdırdılar.
Tədbirin sonunda xüsusi qayğıya ehtiyacı olan 21 ailəyə bayram sovqatları olan bağlamalar təqdim olundu.
Gülnarə

Şərh Yaz