Beynəlxalq İnsan Hüquqları Günü

10 dekabr 2014-cü il tarixdə İsmayıllı Rayon Təhsil Şöbəsinin akt zalında Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı ilk dəfə səs verəcək gənc seçicilərin iştirakı ilə tədbir keçirilib.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev Beynəlxalq İnsan Hüquqları Gününün təsis edilməsi tarixindən, tədbirin əhəmiyyətindən danışıb.
Beynəlxalq İnsan Hüquqları GünüBeynəlxalq İnsan Hüquqları Günü

10 dekabr 2014-cü il tarixdə İsmayıllı Rayon Təhsil Şöbəsinin akt zalında Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı ilk dəfə səs verəcək gənc seçicilərin iştirakı ilə tədbir keçirilib.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev Beynəlxalq İnsan Hüquqları Gününün təsis edilməsi tarixindən, tədbirin əhəmiyyətindən danışıb.

Beynəlxalq İnsan Hüquqları Günü

İsmayıllı Rayon Məhkəməsinin hakimi Azad Əliyev Azərbaycan Konstitusiyasında təsbit olunmuş insan hüquqlarından, bu hüquqların həyata keçirilməsi mexanizmindən, vətəndaşların seçki hüququndan ətraflı bəhs edib.
YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabovanın, 86 saylı Dairə Seçki Komissiyasının katibi Məhruzə Hüseynovanın çıxışları maraqla dinlənilib.
RİH-nin hüquq şöbəsinin müdiri Xətai Abbasov Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunması istiqamətində mühüm addımlar atıldığını deyib. O bildirib ki, prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq olunub.

Beynəlxalq İnsan Hüquqları Günü

İl ərzində insan hüquqları ilə bağlı keçirilən tədbirlərin yekun məruzəsi edilib.
Tədbir diskussiya şəklində davam edib. Rəsmilər gəncləri maraqlandıran sualları cavablandırıblar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz