Sağlam həyat tərzini birlikdə quraq!

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə (01 avqust tarixindən – 01 noyabr 2014cü il tarixlərində) “Sağlam həyat tərzini birlikdə quraq” layihəsi İsmayıllı rayonunda yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili, onların sağlam həyat tərzinə alışdırılması və milli-mənəvi dəyərlərimizin ruhunda vətənpərvərlik və vətəndaşlıq ənənələrinə uyğun şəkildə , dövlət atributlarına – Dövlət Himni, Dövlət Bayrağı və Dövlət Gerbinə hörmət ruhunda tərbiyə olunması, qlobal xəstəliklərə (İİV, QİÇS, narkomaniya, müxtəlif qrip epidemiyaları və s,) ictimai məlumatlılığın artırılması istiqamətində fəaliyyətlər həyata keçirilmişdir.
Sağlam həyat tərzini birlikdə quraq!Sağlam həyat tərzini birlikdə quraq!

Bütün bu və digər məsələləri nəzərə alaraq, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin, idmanın və fiziki işin təbliği və zərərli vərdişlərə qarşı maarifləndirmə işlərinin aparılmasını və bu istiqamətdə rayon ictimaiyyətinin iştirakı ilə müzakirələrin keçirilməsi təşkil olunmuşdur.
Keçirilən tədbirlərdən regionlarda yeniyetmə və gənclərin sağlam həyat tərzinə alışdırılması, milli-mənəvi və vətənpərvərlik ruhunun artırılması və onların layiqli vətəndaş kimi yetişdirilməsində ictimai dəstəyin formalaşdırılmasıdır.
Sağlamlıq bütün dünyada təqdir və təbliğ olunan vacib bir məsələdir. Fəaliyyətimizin davamlılığının əsas elementi olan zərərli vərdişlərə, narkomaniyaya qarşı mübarizənin və sağlam həyat tərzinin təbliği, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə dəstək gələcəyimizin daha xoşbəxt və firavan olmasının qarantıdır.

Layihə rəhbəri, Qalib Kazımlı

Şərh Yaz