Bayraq meydanına səfər

Noyabr ayının 8-də rayonun ictimai həyatında fəallığı ilə seçilən bir qrup gənc paytaxtda yerləşən Bayraq Meydanına səfər ediblər.
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi yaradılıb. Səfər iştirakçıları öncə meydanda yaradılmış şəraitlə tanış olub, şəhərə açılan möhtəşəm mənzərəyə tamaşa ediblər.

Bayraq meydanına səfərBayraq meydanına səfər

Noyabr ayının 8-də rayonun ictimai həyatında fəallığı ilə seçilən bir qrup gənc paytaxtda yerləşən Bayraq Meydanına səfər ediblər.
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi yaradılıb. Səfər iştirakçıları öncə meydanda yaradılmış şəraitlə tanış olub, şəhərə açılan möhtəşəm mənzərəyə tamaşa ediblər.
Muzeyin əməkdaşı Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə – istirahət parkı haqqında ətraflı məlumat verib. Meydanın təntənəli açılışının 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən keçirildiyini deyib.

Bayraq meydanına səfər

Bələdçi iştiraklıları muzeylə tanış edib. Muzeydə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, brilyant və qızıldan işlənmiş Heydər Əliyev ordeni, deputatların döş nişanları, müxtəlif orden və medal nümunələri diqqəti daha çox cəlb edib.
Bələdçi, sərgilənən bayraqlar içərisində Prezident iqamətgahının xüsusi otağında saxlanan bayrağın da surətinin olduğunu deyib. Muzeydə həm də qədim dövrdə istifadə olunan zirehli geyimlər, silahlar saxlanılır . Diqqət cəlb edən eksponat guşələrindən biri də elektron kitabxanadır. Burada kitabları yalnız əl ilə toxunmaqla oxumaq mümkündür.
İştiraklılar xatirə şəkli çəkdiriblər, sonda tədbirin təşkilatçılarına minnətdarlıq edib, qurur hissi duyduqlarını bildiriblər.
Səfər başa çatdıqdan sonra gənclər bu səfərin təşkilinə göstərdiyi diqqətə görə İsmayıllı Rayon İcra Hakimiyyətinə təşəkkür ediblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz