Heydər Əliyev İdarəetmə Məktəbinin məşğələsi


Oktyabr ayının 17-də İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev İdarəetmə Məktəbinin 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr edilən məşğələsi keçirilib.

Heydər Əliyev İdarəetmə Məktəbinin məşğələsiHeydər Əliyev İdarəetmə Məktəbinin məşğələsi

Oktyabr ayının 17-də İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev İdarəetmə Məktəbinin 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr edilən məşğələsi keçirilib.

Heydər Əliyev İdarəetmə Məktəbinin məşğələsi

Tədbiri giriş sözü ilə açan Məktəbin icraçı direktoru Fərman Bəşirov dövlət müstəqilliyinin qazanılmasından danışıb: “1918-ci il may ayının 28-də şərqdə ilk olaraq Azərbaycan Demokratik Cümhuriyyəti yaranıb. Dövlətçilik tarixi qədim olan ölkəmiz müstəqillik əldə edib. Lakin, dağıdıcı inqilablarla Rusiyanı xalqların məcburi birliyi məkanına çevirənlər XI Qırmızı Ordu vasitəsilə Azərbaycan Demokratik Cümhuriyyətini devirdilər. Xalqımız müstəqilliyimizin bərpasını 70 il gözlədi və nəhayət arzusuna çatdı. 1991-ci ilin 18 oktyabrda Ali Sovet dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya aktı qəbul etdi. Dövlət müstəqilliyimizi reallığa çevirən isə ümummilli liderimiz Heydər Əliyev oldu”.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova mövzu ətrafında məruzə ilə çıxış edib. Hacıhətəmli kənd tam orta məktəbinin direktoru Nazim Ağakişiyev və İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbinin tarix müəllimi Famil Əhmədov dövlət müstəqilliyimizin tarixinə nəzər salaraq, ölkəmizin müstəqillik əldə etdikdən sonra qazandığı uğurlardan danışıblar.
Tədbirlə əlaqədar Mərkəzin foyesində İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə tədbirə uyğun hazırlanan ədəbi-bədii kompozisiya dinlənilib.
Çinarə Bəhərçinli

Şərh Yaz