Qayğıya, diqqətə görə minnətdarlıq

Rayonumuz başdan-başa yenidən qurulur. Son vaxtlar görülən abadlıq və quruculuq işləri hamını heyran edir. Heydər Əliyev prospekti, Mübariz Orucov və Mirzə Fətəli Axundov küçələrində müasirliyi əks etdirən işlər görülüb. Küçələrə asfalt, səkilərə tamet döşənib. Rayonun baxımlı guşələrindən birində and yerimiz, ziyarət etdiyimiz və erməni soyqırımına məruz qalmış vətəndaşlarımızın xatirəsini əbədiləşdirən, “Ana harayı” adlanan möhtəşəm abidə ucaldılıb. Uşaq istirahət və əyləncə parkı yaradılıb. Bir sözlə gözəlliklər məskəni olan İsmayıllı rayonu durmadan gözəlləşir, Azərbaycanın mirvarisi olduğunu təsdiqləyir. Qayğıya, diqqətə görə minnətdarlıq

Rayonumuz başdan-başa yenidən qurulur. Son vaxtlar görülən abadlıq və quruculuq işləri hamını heyran edir. Heydər Əliyev prospekti, Mübariz Orucov və Mirzə Fətəli Axundov küçələrində müasirliyi əks etdirən işlər görülüb. Küçələrə asfalt, səkilərə tamet döşənib. Rayonun baxımlı guşələrindən birində and yerimiz, ziyarət etdiyimiz və erməni soyqırımına məruz qalmış vətəndaşlarımızın xatirəsini əbədiləşdirən, “Ana harayı” adlanan möhtəşəm abidə ucaldılıb. Uşaq istirahət və əyləncə parkı yaradılıb. Bir sözlə gözəlliklər məskəni olan İsmayıllı rayonu durmadan gözəlləşir, Azərbaycanın mirvarisi olduğunu təsdiqləyir.
Müəllimlərdən, kütləvi informasiya vasitələrindən aldığımız məlumata görə 2014-cü il sentyabrın 22-də hörmətli prezidentimiz İlham Əliyevin rayona səfəri çox gözəl və mütəşəkkil keçib. Cənab Prezident görülən işlərdən razı qalıb. Biz də ölkə rəhbərinin, dövlətimizin yetişən nəslə olan diqqət və qayğısından olduqca razıyıq. Bu razılığa cavab olaraq bütün fikrimizi savadlanmağa, layiqli vətəndaş olmağa yönəltmişik. Qarşıdan gələn ildə məktəbimiz təmir ediləcəyi xəbərini eşitməkdən çox fərəhliyik.
Hörmətli redaksiya, mümkünsə, təhsilimizə yüksək cənab prezidentimizə, eləcə də, müəllim və şagirdlərin yaxın məsləhətçisi, icra başçımız Mirdaməd Sadıqova ürəkdən gələn minnətdarlığımızı çatdırmağınızı xahiş edirik.
Aytac Həsənova,
şəhər 6 nömrəli tam orta məktəbinin “Gənc yazarlar” dərnəyinin üzvü

Şərh Yaz