“İstiqlal” muzeyində İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin sərgisi

Azərbaycan bir əsrdə iki dəfə müstəqillik qazanıb. Çox təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. 1991-ci il oktyabrın 18-də Müstəqillik haqqında Konstitusiya Aktının qəbul olunması ilə respublikamız yenidən müstəqilliyini bərpa etdi. Bu fikirləri oktyabrın 16-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında dövlət müstəqilliyimizin bərpasının 23-cü ildönümünə həsr olunmuş “Yaşa, var ol hər zaman, doğma Vətən – Azərbaycan!” mövzusunda tədbir sərgidə muzeyin direktoru Fəridə Şəmsi söyləyib. Qeyd edib ki, müstəqilliyimizin bərpasının 23-cü ildönümü münasibətilə muzeyin İsmayıllı Rayon Heydər Əliyev Mərkəzi ilə birlikdə təşkil etdiyi sərgidə mərkəzin nəzdində fəaliyyət göstərən “Bacarıqlı əllər” və Rəsm dərnəyi üzvlərinin 60-dan çox əl işi nümayiş olunur. Muzeyin həmişə gənc nəsildə vətənpərvərlik hissinin aşılanmasına xidmət edən, əlamətdar günlərə həsr olunmuş tədbirlər keçirdiyini vurğulayıb.

Tədbirdə çıxış edən İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov, İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Şəkər Hacıyeva Dövlət Müstəqilliyi Günü münasibətilə iştirakçıları təbrik ediblər. Bildiriblər ki, memarı və qurucusu ulu öndər Heydər Əliyevin olduğu müasir müstəqil Azərbaycan Respublikası hər sahədə yeni uğurlar qazanır, onun bir parçası olan İsmayıllı rayonu da sürətlə inkişaf edir.
Tədbir-sərginin iştirakçıları gənclərin istedadlarını nümayiş etdirməyə şərait yaratdıqlarına görə muzeyin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Şəkər Hacıyevaya “Təşəkkürnamə” təqdim edilib.
Sərgi 10 gün davam edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz