Tullantıdan sənətkarlığa

“Təmiz şəhərdə yaşa” devizi altında keçirilən “Gələcək öz əlimizdədir” layihəsi çərçivəsində 25 oktyabr 2014-cü il tarixdə İsmayıllı Uşaq Kitabxanasının qarşısında və foyesində “Tullantıdan sənətkarlığa” adlı sərgi keçirilib.
Tullantıdan sənətkarlığaTullantıdan sənətkarlığa

“Təmiz şəhərdə yaşa” devizi altında keçirilən “Gələcək öz əlimizdədir” layihəsi çərçivəsində 25 oktyabr 2014-cü il tarixdə İsmayıllı Uşaq Kitabxanasının qarşısında və foyesində “Tullantıdan sənətkarlığa” adlı sərgi keçirilib.

Tullantıdan sənətkarlığa

Sərgidə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzi, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi, İsmayıllı Uşaq Yaradıcılıq Mərkəzi, İsmayıllı Uşaq Texniki Yaradıcılıq Mərkəzi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, İsmayıllı şəhər 3, 4, 5, 6, 7 nömrəli, Basqal qəsəbə, Vəng, Təzəkənd, Tircan, Talıstan kənd tam orta məktəbləri, Quşencə, Xəlilli, Sumağallı, Təzəkənd uşaq bağçaları, Gəraybəyli körpələr evi-uşaq bağçası bir-birindən maraqlı, rəngarəng və fərqli əl işləri ilə çıxış ediblər. Nümayiş etdirilən əl işlərinin hazırlanmasında yararsız olan əşyalardan, gündəlik məişətdə istifadə olunan makaron, müxtəlif meyvə tumları, plastik butulkalar, saplardan istifadə olunub.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, RİH başçısının müavini Sevil Əhmədova, İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov sərgiyə baxış keçiriblər.
Sərgiyə maraq böyük olub, yüzlərlə rayon sakini sərgiyə tamaşa edib.
Çinarə Bəhərçinli

Şərh Yaz