Ölkəmizi tanıyaq

Azərbaycan! Mənim doğma vətənim! Biz sənin qoynunda boy atib böyüyürük. Sənin sərvətlərinə sahib oluruq, onlardan faydalanırıq. Hər bir insanın yaşaması üçün lazım olan maddi sərvətləri yaradan torpağımızı, təbiətimizi sevə-sevə qorumalı, onun geniş qoynunda gəzib-dolaşmalıyıq. Biz bu sərvətlərdən mənəvi zövq almalıyıq.
Ölkəmizi tanıyaq
Ölkəmizi tanıyaq

Azərbaycan! Mənim doğma vətənim! Biz sənin qoynunda boy atib böyüyürük. Sənin sərvətlərinə sahib oluruq, onlardan faydalanırıq. Hər bir insanın yaşaması üçün lazım olan maddi sərvətləri yaradan torpağımızı, təbiətimizi sevə-sevə qorumalı, onun geniş qoynunda gəzib-dolaşmalıyıq. Biz bu sərvətlərdən mənəvi zövq almalıyıq.
Doğma vətənimin gəzməli-görməli yerləri çoxdur. Avqust ayının axırında rayonun təhsildə, ictimai işlərdə fərqlənən bir qrup şagirdi müəllimlərin iştirakı ilə “Ölkəmizi tanıyaq” layihəsinə əsasən Azərbaycanın bir neçə rayonuna gəzintiyə dəvət edildilər. Gəzinti RTŞ-nin aparıcı məsləhətçisi Ramiz Baloğlanovun rəhbərliyi ilə həyata keçirilirdi. Gəzintidə iştirak edən şagirdlərdən biri də mən idim. Buna görə də çox sevinirdim.
Bizim yolumuz İsmayıllı-Şabran-Quba-Qusar-Xaçmaz istiqamətində oldu. Öncə bizi Xırdalan şəhərindəki “AAAF park”ında çox gözəl qarşıladılar. Göstərilən xidmət hamımızın ürəyincə oldu. Sonra biz Şabran şəhərində yerləşən “Qədim Şabran”ın qalıqları, şəhərdə yerləşən “Şahdağ Milli Parkı”ilə tanış olduq, bizi Qubada yerləşən “Cənnət Bağı” mehmanxanasına gətirdilər. Gözəl mənzərə, yüksək xidmət, rahat otaqlar mənim çox xoşuma gəldi. Axşam yeməyindən sonra isə maraqlı və əyləncəli intellektual oyun keçirildi.
Ölkəmizi tanıyaq
İkinci gün“Cənnət Bağı” mehmanxanasıda təşkil edilmiş səhər yeməyindən sonra Qusara yola düşdük. Qusar şəhərində yerləşən Bayraq meydanında bizi rayon təşkilatları çox səmimi qarşıladılar. Burada mən öyrəndim ki, rayonlar arasında ən hündür bayraq Qusar şəhərində yerləşir. Bayrağın hündürlüyü 69 metrdir. Sonra biz “Şahdağ yay-qış turizm kompleksi” ilə tanış olduq. Burada bizə dağ xizəkləri və onlardan istifadə haqqinda məlumat verildi. Biz kanatlarla1250 metr yüksəkliyə qalxdıq.Kanat gəzintisi, oradan izlədiyimiz mənzərələr,müasir tikililər məni valeh etdi. Nahar etmək üçün “Soyuq bulaq’’ restoranına getdik. Ləziz yeməklərdən daddiqdan sonra Heydər Əliyev Mərkəzinə yola düşdük. Burada bizə Ümummilli liderimiz haqqinda geniş məlumat verildi. Rəsm Qalereyasında olan rəsmlərdəki rəng çalarları, mənzərələr insanı valeh edirdi. Qusar “Tarix-Diyarşünaslıq muzeyi” ndə olan saxsı qablar, geyimlər bizdə çox böyük maraq oyatdı. Gəzintidən sonra “Cənnət bağı”na yollanıb şam etdik. İntellektual oyunumuzun ikinci mərhələsi də çox əyləncəli keçdi
Üçüncü gün “Cənnət bağı”nda səhər yeməyindən sonra “Cümə məscidi”nə yola düşdük. XIX əsr memarlıq abidəsi haqqında məlumat aldıqdan sonra məscidi ziyarət etdik. Xalça sexində işləyən zəhmətkeş qadınlarımızı gördükdə isə Azərbaycan xalça sənətinə, onları həvəslə toxuyan qadınlarımıza məhəbbətim daha da artdı. Orada toxunan xalçalar göz oxşayırdı.
Erməni soyqırımının acı xatirələrlə dolu illərini özündə yaşadan Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıq bizim düşmənə nifrətimizi daha da artırdı. Xalqımızın başına gətirilən faciələr bizi ürəkdən kədərləndirdi. Qəhərdən heç kəs göz yaşlarını saxlaya bilmirdi. Gələnlər soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Biz həmin yerdən acı xatirələrlə ayrıldıq.
Səyahətimizin dördüncü günü Xaçmaza gəldik. Burada da rayonun görməli yerləri ilə taniş olduq. Əvvəlki rayonlar kimi, bu rayon da öz gözəlliyi ilə seçilirdi. Naharımızı “Yaşıl bağ” restoranında edib xoş təəssüratlarla İsmayıllıya yola düşdük.
Biz bu gəzintilər zamanı çox şeylər öyrəndik, vətənimizin necə gözəl, səfalı olduğunu bir daha dərk etdik. Azərbaycanın bölgələrində yaradılan bu gözəlliyə, abadlıq-quruculuq işlərinə və bizə yaradılan belə şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə şagirdlər adından minnətdarlıq edirik. Fəxr edirik ki, Azərbaycan adlı bir məmləkətdə yaşayırıq.
AfaqSabirli,
A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin XI sinif şagirdi

Şərh Yaz