İcma əsaslı turizmin inkişafı

26 sentyabr 2014-cü il tarixdə Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbində “İcma əsaslı turizmin inkişafına yönəlik təşəbbüslərin dəstəklənməsi” layihə çərçivəsində “Regionların turizm imkanları” mövzusunda seminar-iclas keçirildi. Çıxış sözü ilə iclası Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov açdı.
İcma əsaslı turizmin inkişafıİcma əsaslı turizmin inkişafı

26 sentyabr 2014-cü il tarixdə Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbində “İcma əsaslı turizmin inkişafına yönəlik təşəbbüslərin dəstəklənməsi” layihə çərçivəsində “Regionların turizm imkanları” mövzusunda seminar-iclas keçirildi. Çıxış sözü ilə iclası Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov açdı.
İcma əsaslı turizmin inkişafı
Layihə üzrə region koordinatoru Əzizağa Atakişiyev 9-11-ci sinif şagirdlərini layihənin əsas mövzusu ilə tanış etdi. İsmayıllının turizm imkanlarından səmərəli istifadəsi və yerli peşəkar kadrların hazırlanması ilə bağlı şagirdlərə sorğu anketləri təqdim olundu. Təqdim olunmuş anketlər məktəblilər tərəfindən maraqla dolduruldu. İştirakçılara bukletlər paylandı.
Seminar-iclasın sonunda İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov məktəblilər arasında belə seminarların keçirilməsinə görə təşkilatçılara öz minnətdarlığını bildirdi.
Bəhruz Səfərəliyev

Şərh Yaz