Dünya çempionu


14-20 sentyabr 2014-cü il tarixində Litvanın paytaxtı Vilnüs şəhərində qol güləşi üzrə XXXVI dünya çempionatı keçirildi. 50-yə yaxın ölkədən 1000-dən çox idmançının qatıldığı çempionatda Azərbaycan Qol Güləşi Federasiyası 13 idmançı ilə təmsil olundu.

Dünya çempionuDünya çempionu
Dünya çempionu
14-20 sentyabr 2014-cü il tarixində Litvanın paytaxtı Vilnüs şəhərində qol güləşi üzrə XXXVI dünya çempionatı keçirildi. 50-yə yaxın ölkədən 1000-dən çox idmançının qatıldığı çempionatda Azərbaycan Qol Güləşi Federasiyası 13 idmançı ilə təmsil olundu. 13 idmançıdan biri də İsmayıllı rayonunu təmsil edən Toğrul Şahlarlı idi. Həmin yarışda rəqiblərinə qalib gələrək ölkəyə qızıl medalla geri döndü. Xatırladaq ki, Toğrul bundan əvvəl də may ayında Bakı şəhərində keçirilən qol güləşi üzrə Avropa çempionu olmuşdur.
T.Məhərrəmov

Şərh Yaz