İdmançılar və məşqçi-müəllimlərlə görüş

25 sentyabr 2014-cü il tarixində İsmayıllı Rayon Gənclər və İdman İdarəsində rayonun idmançıları və məşqçi müəllimləri ilə növbəti görüş keçirildi.
İdmançılar və məşqçi-müəllimlərlə görüşİdmançılar və məşqçi-müəllimlərlə görüş


25 sentyabr 2014-cü il tarixində İsmayıllı Rayon Gənclər və İdman İdarəsində rayonun idmançıları və məşqçi müəllimləri ilə növbəti görüş keçirildi.

İdmançılar və məşqçi-müəllimlərlə görüş
İdarənin rəisi Taleh Salehov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 sentyabr 2014-cü il tarixdə İsmayıllı rayonuna səfəri barədə danışmış və bu münasibətlə idmançıları təbrik etmişdir.
İdarə rəisi son zamanlar Beynəlxalq yarışlarda qazanılan uğurlardan danışaraq bildirdi ki, idmançılarımız Respublika çempionu ilə yanaşı dünya və avropa çempionu adını da qazanırlar. Cüdo, qol güləşi, karate, sambo, ağır atletika, həndbol və şahmat idman növlərinin uğurları daha çox olduğunu idmançıların nəzərinə çatdırdı.
İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətov da kompleksdə keçirilən Şahmat Olimpiadasından və başqa respublika yarışlarından məlumat verdi.
Görüşdə qarşıda duran vəzifələr, problemlər, görüləcək işlər müzakirə olundu. Tədbir maraqlı müzakirələr şəklində davam etdi.
T.Məhərrəmov

Şərh Yaz