Yaddas kitabcasi

Soltankənd və Uştal kənd sakinləri ilə görüş

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov avqust ayının 29-da Soltankənd kəndində Soltankənd və Uştal kəndlərinin sakinləri ilə görüş keçirib.
80 nəfərə yaxın sakinin iştirak etdiyi görüş-qəbulda RİH başçısı respublikada, rayonda və rayonun kəndlərində həyata keçirilən və perspektivdə olan layihələrdən, sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün görülən tədbirlərdən, kəndlərin mövcud problemlərinin aradan qaldırılması yollarından danışıb.

Sakinlər görülən işlərə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Kənddə mövcud olan problemlərin – təbii qazın verilməsi, istifadəyə yararsız elektrik dirəklərinin dəyişdirilməsi, kəndə sürətli internetin çəkilməsini və şəxsi problemlərin həll olunmasını xahiş ediblər.
RİH başçısı bütün problemləri dinlədikdən sonra qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz