İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyində seminar

“Gənclərin Elmi İnkişafına Dəstək” İctimai birliyi gənclərin elmi fəaliyyətinin təşviq edilməsi istiqaməti üzrə “Müasir tədris prosesində innovasiyalar” layihənin icrasına başlayıb.
Layihə ilə əlaqədar 29 avqust 2014-cü il tarixdə İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyində seminar keçirilib.

İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyində seminarİsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyində seminar

“Gənclərin Elmi İnkişafına Dəstək” İctimai birliyi gənclərin elmi fəaliyyətinin təşviq edilməsi istiqaməti üzrə “Müasir tədris prosesində innovasiyalar” layihənin icrasına başlayıb.
Layihə ilə əlaqədar 29 avqust 2014-cü il tarixdə İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyində seminar keçirilib.
İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyində seminar
Tədbiri İsmayıllı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Teymurov açaraq qonaqları salamlayıb, İsmayıllı rayonunda gedən sosial-iqtisadi inkişaf, quruculuq işləri haqqında məlumat verib.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov belə bir tədbirin rayonumuzda keçirilməsinə görə gənclər adından təşəkkürünü bildirib.
Sonra ictimai birliyin nümayəndəsi Aydın Əliyev və təsisçisi Nailə İsmayılova layihə haqqında geniş məlumat veriblər.
Tədbir iştirakçıları layihə ətrafında öz fikir və təkliflərini irəli sürüblər.
Tədbirin sonunda qonaqlar yaradılan şəraitə görə Rayon İcra Hakimiyyətinə minnətdarlıq ediblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz