Səyyar Qəbullar

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov avqust ayının 22-də Diyallı kəndinin sakinləri ilə görüşüb.
Kənd sakinləri kənddə və rayonda görülən abadlıq və quruculuq işlərinə görə razılıq edərək cənab Prezidentə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Tədbirdə çıxış edənlər ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində yol, təbii qaz, su və digər sosial problemlərinin həll olunduğunu bildiriblər. Hazırda yeganə problemin torpaqların bölgüsü zamanı buraxılan səhvlərlə bağlı olduğunu deyiblər.

Səyyar QəbullarDiyallıda səyyar qəbul keçirilib

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov avqust ayının 22-də Diyallı kəndinin sakinləri ilə görüşüb.
Kənd sakinləri kənddə və rayonda görülən abadlıq və quruculuq işlərinə görə razılıq edərək cənab Prezidentə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Tədbirdə çıxış edənlər ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində yol, təbii qaz, su və digər sosial problemlərinin həll olunduğunu bildiriblər. Hazırda yeganə problemin torpaqların bölgüsü zamanı buraxılan səhvlərlə bağlı olduğunu deyiblər.
RİH başçısı mövcud problemin həlli ilə də bağlı aidiyyəti idarə rəhbərlərinə tapşırıqlarını verib.

Dağ kəndlərində qəbul

22 avqust 2014-cü il tarixdə Yuxarı Cülyan və Müdri kəndlərində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov səyyar qəbul-görüş keçirib.
Qəbulda kəndlərin mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri, mövcud problemlərin aradan qaldırılması yolları haqqında fikir mübadiləsi aparılıb. Ətraf kəndlərdən – Nanıc, Vaşa, Mulux, Müdirsə kəndlərindən də vətəndaşlar qəbul edilib, müraciətləri dinlənilib.
Səyyar Qəbullar
Yuxarı Cülyan kəndində vətəndaşlar yeni məktəb binasının tikilməsini, qəzalı vəziyyətdə olan məscidin təmir edilməsini, su xəttinin təmir olunmasını, 10 kilovoltluq elektrik xəttində ayırıcının qoyulmasını xahiş ediblər.
Müdri kəndində yollara çınqıl döşənməsi, tibb məntəqəsinin işçi ilə təyin olunması, Müdrüsə kəndində ibtidai məktəb açılması, qəzalı vəziyyətdə olan kitabxananın təmir edilməsi, elektrik xətlərinin təmiri və kənd ərazisində xəttə ayırıcı qoyulması çıxış edənlər tərəfindən xahiş edilib.

Qaraqaya kəndinə görüş-qəbul

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sakinlərin problemlərini yerindəcə dinləmək, həlli yollarını tapmaq üçün görüş-qəbullar keçirir. Belə görüş-qəbullardan biri 26 avqust 2014-cü il tarixdə İsmayıllı rayonunun Qaraqaya kəndində baş tutub. Qəbulda Yeniyol və Gəndov kəndlərinin sakinləri də iştirak edib.
Kənd sakinləri ölkədə və rayonda gedən sürətli inkişafın onları sevindirdiyini deyib, günü-gündən yenilənən və çiçəklənən bir ölkənin vətəndaşları olmaqdan qürur duyduqlarını bildiriblər.
Səyyar Qəbullar
Əsas problemlər kimi nümayəndəliyin əhatə etdiyi kəndlərdə olan yararsız elektrik dirəklərinin dəyişdirilməsi, Qaraqaya kəndinin mavi yanacaqla təmin edilməsi, Qaraqaya və Yeniyol kəndlərində kəndarası yolların təmir olunmasına ehtiyac olduğu diqqətə çatdırılıb.
Sakinlərdən Abdulağa Qədirov Keyvəndi kəndində ona verilən evin özəlləşdirilməsinə köməklik göstərilməsini xahiş edib. Məsələ ilə əlaqədar aidiyyəti üzrə 9 saylı ərazi idarəetmə idarəsinin İsmayıllı rayon şöbəsinə müraciət etməsi vətəndaşa tövsiyə edilib. Eldar Qasımov və Rüstəm Məhərrəmovaralarındakı torpaq mübahisəsinin həll edilməsini, Tamilla Qədirova Qaraqaya kəndinə gedən yolun təmir olunmasını xahiş ediblər. Edilən müraciətlərə dair müvafiq idarə rəhbərlərinə tapşırıqlar verilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz