Kolxozda vəziyyət müzakirə olunub

Avqustun 23-də Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.
Şuranın iclasına sədrlik edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
Yığıncaqda “Nikitin adına kolxozda kənd təsərrüfatı işlərinin vəziyyəti ilə əlaqədar” məsələ müzakirə olunub. RİH başçısının müavini, aqrar məsələlər şöbəsinin müdiri Həsən Həsənov məsələ ilə bağlı məruzə edib. Mövcud vəziyyətin təhlili kolxozda işlərin bir o qədər də ürəkaçan olmadığını göstərib. Məruzədəki tənqidi qeydlər bu təsərrüfata ciddi nəzarət olunmasının vacibliyinə zərurət olduğunu gerçəkləşdirib.

Kolxozda vəziyyət müzakirə olunubKolxozda vəziyyət müzakirə olunub

RİH başçısının iştirakı ilə məsələ ətrafında müzakirələrə başlanıb. Kolxoz sədrini əvəz edən Nikolay Dubrovin ilin quraq keçməsi, kifayət qədər yem tədarük olunmamasını səbəb göstərməklə təsərrüfatda mal-qaranın, qoyunların, quşların sayının azaldılmasını təklif etsə də, Şura üzvləri bunun vəziyyətdən çıxış yolu olmadığını bildiriblər.
Nikitin adına kolxozda kənd təsərrüfatı işlərinin vəziyyəti barədə müzakirələrdən sonra qərar layihəsi qəbul edilib. Qərar layihəsində taxılçılıqda məhsuldarlığın artırılması ilə əlaqədar əkin zamanı yüksək reproduksiyalı taxıl toxumlarından istifadə, mövcud heyvanların yemə olan tələbatının tam təmin olunması ilə əlaqədar təsərrüfata yem alınması istiqamətində lazımi tədbirlərin görülməsi, yeni texnologiyaların, mütərəqqi iş üsullarının istehsalata tətbiqi sahəsində işin aparılması və bir sıra vacib məsələlər əksini tapıb.
İclasın gündəliyinə daxil olan ikinci məsələ – “Taxıl biçini kompaniyasının mütəşəkkil təşkili, yanğın hallarına qarşı mübarizə məqsədilə sahələrin ətrafının şumlanması, əkin sahələrində vaxtında yay şumunun çıxarılması, torpaqların tərkibinin analiz olunması və şum altına mineral gübrələrin verilməsi ilə əlaqədar Respublika “Aqrolizinq” ASC-nin İsmayıllı rayon filialının, Texniki Nəzarət və Toxum Müfəttişliyinin, Aqrokimya laboratoriyasının, eləcə də Bitki Mühafizəsi Mərkəzinin apardığı əkinin intensiv üsula keçməsi ilə bağlı tədbirlər barədə” RİH başçısının müavini Həsən Həsənov məruzə edib. Gündəlikdəki ikinci məsələnin müzakirəsindən sonra qərar layihəsi qəbul edilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz