Məhəbbət və sevgi ilə

Yaponiyanın İto səhəri ilə Azərbaycan Respublikasının İsmayıllı rayonu arasındakı dostluq munasibətlərinə əsasən İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin şagirdi, mən və İsmayıllı şəhər 1 nömrəli orta məktəbdən 5 nəfər şagird olmaqla, 30 iyul 2014-ci il tarixdə Yaponiyaya yola düşdük. Qeyd edim ki, biz ilkin olaraq ərəb ölkəsi Qətərin Doha şəhərinə uçduq, təyyarə müəyyən müddətə (2 saatlıq) eniş etdikdən sonra biz Tokio şəhərinə uçduq. Tokio şəhərindən aldığımız təəssüratlar çox urəkaçan oldu. Tokioda olduqumuz birinci gündə şəhərdə olan məbədə və bazara səfər etdik.
Məhəbbət və sevgi iləMəhəbbət və sevgi ilə

Bu şəhərdə qaldığımız 2 gün ərzində biz Disneylendə, Azərbaycanin Yaponiyadaki səfirliyinə getdik. Daha sonra səfirliyimizin əməkdaşi Rövşən müəllim bizi şam süfrəsinə dəvət etdi. O, həmçinin, bizi Yaponiyanin mədəniyyəti, tarixi, mətbəxi və adət-ənənələri ilə taniş etdi. Gəzməli, görməli yerləri barədə məlumat verdi. Qəbul və qayğı üçün ona öz təşəkkürümüzü bildiririk. 2 gün Tokioda qaldıqdan sonra bizim üçün nəzərdə tutulmuş proqrama əsasən, İto şəhərinə gəldik. Burada biz müxtəlif evlərə yerləşdirildik. Mən Fuad Mustafayev ilə, Yaponiyadakı proqramimizın rəhbəri İşida San xanımın evində qaldıq.
Səfər zamanı İto şəhərindəki muzeylərə, çaylara, Sakit okeana, festivallara (Təbil festivalı, Lantern festivalı, İto yay festivalı), atəşfəşanlığa, dini rəhbərlə görüşə, onların ibadət etdiyi məbədlərə getdik. İto şəhərində biz Hakone, Fuji və Omuro dağlarında olduq. Bu dağların hər biri öz gözəlliyi ilə seçilir. Öz hündürlüyə ilə diqqətimizi çəkən Fuji dağı oldu. Onun hündürlüyü 3776 metrdir. Yaponiyaya getməkdə başlıca məqsədlərimizdən biri İto yay festivalında iştirak etmək idi. Burada gördüklərimiz bizim üçün çox cəlbedici oldu. Orada olarkən yapon mədəniyyətinə aid olan xüsusi geyimlər geyinərək müxtəlik rəqslər etdik.
İto şəhərində biz məktəblərə getdik və məktublaşdığımız dostlarla görüşdük. Sakit okenı görməyimiz çox maraqlı oldu. Səfər zamanı orada yeni dostlar da qazandıq. Yaponyada qaldığımız 14 gün ərzində biz onların mədəniyyətinə aid çox şeylər öyrəndik. Proqramımızın oradakı rəhbəri İsida xanımdan çox razi qaldıq. Geriyə döndüyümüz gün o, bizdən ötrü kövrəldi. Layihənin Yaponiyadakı rəhbəri son gündə bizi Yokohama və digər şəhərlərin görməli yerlərinə apardı. O, bizi Azərbaycana böyük məhəbbət və sevgi ilə yola saldı.
Əli Aslanov,
şəhər 6 nömrəli tam orta məktəbinin şagirdi

Şərh Yaz