Dostluq səfərində

2013 -cü ildə Yaponiyanın İto şəhəri ilə Azərbaycanın İsmayıllı şəhərləri arasında ilk dostluq və qardaşlıq müqaviləsi bağlanmışdır. Bu müqaviləyə uyğun olaraq, biz yaponiyalı məktəblilərlə məktublaşırdıq. Təxminən bir ay əvvəl İsmayıllıdan 6 məktəblinin daxil olduğu nümayəndə heyətinin Yaponiyaya səfəri baş tutdu.
İyul ayının 29-da İsmayıllı Rayon Təhsil Şıbəsinin müdiri Rasim Orucovun rəhbərliyi ilə Yaponiyaya yola düşdük. 17 saatlıq uçuşdan sonra bizi Narita hava limanında Azərbaycan Respublikasının Yaponiyadakı rəsmi nümayəndəsi, Fuad Mustafayev qarşıladı.
İyulun 31-də Tokioda yerləşən Disneylendə getdik. Avqust ayı bizim üçün Tokio şəhərinə gəzinti ilə başladı. Axşam saatlarında səfirin qonağı olduq və gecə İto şəhərinə yola düşdük.

Dostluq səfərindəDostluq səfərində

Gözəl İto şəhərinə gəzintimiz avqustun 2-də baş tutdu. Axşam yeməyindən sonra Usami festivalında iştirak etdik.
İto şəhərinə gəzintinin davamı ayın 3-də oldu. O gün həm də bizi şəhərin tarixi yerləri ilə tanış etdilər.
Avqustun 4-də İto şəhərinin meri, cənab Hiromi Tsukuda ilə görüşdük. Merin şəhər haqqında verdiyi geniş və maraqlı məlumatlardan sonra “İto Junior High School”da çay süfrəsinin qonağı olduq. Omuro dağına qalxdıq və Jogasaki sahilinə getdik.
Günlərimiz bir-birindən maraqlı keçirdi. Avqustun 5-i yapon mədəniyyəti ilə tanışlığa həsr olundu. Həmin gün yapon müsiqilərini dinlədik və bizə bu xalqın qədim musiqi aləti olan kotoda məhşur “Sakura” mahnısını çalmağı öyrətdilər.
Yapon məktəblilərlə görüşməyə can atırdıq. Nəhayət, avqustun 6-da “Junior high school”a getdik və orada yaşıdlarımız olan məktəblilərlə tanış olduq.
Yaponiyanın, olduğumuz İto şəhərinin təbiəti çox zəngindir. Avqustun 7- də Hakoneyə getdik və orada qeyzerlər olan dağa çıxdıq.
Avqustun 8-i Fudziyama dağına səyahət etdik. Gözəl və unudulmaz gəzintidən sonra, axşam Lantern festivalına qatıldıq. Avqustun 9-da, axşam saatlarında keçirilən “Təbil” festivalını seyr etdik.
Günlər ötdükcə, biz Yaponiyanın təbiətinə, qonaqpərvər, olduqca səmimi, işgüzar və mehriban insanlarına daha yaxından bələd olurduq. Ayın 10-da Angin festivalına getdik, burada Azərbaycan Respublikasının Yaponiyadakı səfiri, Gürsel İsmayılzadəni gördük. Həmin gecə, tədbirin sonunda atəşfəşanlığı seyr etdik
İzu yarımadasında yerləşən zooparka səfərimiz ayın 11-də baş tutdu. Yarımadadan və zooparkdan xoş təəssüratlarla qayıtdıq. Avqustun 12-də Kamakura və Yokohama şəhərlərinə qısa səyahətimiz oldu,13-də isə Vətənə qayıtdıq
Yaponiyaya səfər nümayəndə heyətimizin çox xoşuna gəldi. İtoda yaşayan, bizi qəbul edən və qayğımızı çəkən insanlara və bizə yardımçı olan “Homstay” proqramının üzvlərinə kollektiv adından təşəkkürümü bildirirəm. Səfərimizin baş tutması üçün çalışan hər kəsə təşəkkür edirik. İstərdik ki, yaponiyalı şagirdlər, eləcə də “Homstay” proqramının üzvləri İsmayıllıya gəlsinlər. Onları böyük məmnuniyyətlə gözləyirik.
Zəminə Əkbərova,
şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi

Şərh Yaz