Sədrəddin

Çoxdan vurulmuşam təbibliyinə,
Olmuşam ən yaxın dostun, Sədrəddin.
Gör, necə yaraşır xalat əyninə?!
Hərdən bir də şeir qoşdun, Sədrəddin.
Sədrəddin

(Lahıc qəsəbə xəstəxanasının baş həkimi, “Əlaçı həkim” döş nişanlı Sədrəddin İsgəndərovun 75 illiyinə)

Çoxdan vurulmuşam təbibliyinə,
Olmuşam ən yaxın dostun, Sədrəddin.
Gör, necə yaraşır xalat əyninə?!
Hərdən bir də şeir qoşdun, Sədrəddin.

Sən uca dağlardan ucasan, uca
Ömür bəxş etmisən xəstəyə, aca,
Baş əyir önündə qız, oğlan, qoca
Neçə qəlbə şəfəq saçdın, Sədrəddin.

Baxdıqca aynadan hər gün Niyala,
Təbib-şair kimi dolursan hala…
Kaş ömrün səksən, doxsan, yüz ola,
Deyək, qərinələr aşdın, Sədrəddin.

Nə boyda ürəyin var imiş sənin?!
Duydun könüllərin dumanın, çənin
Layiqli övladı oldun Vətənin,
Elminlə bir dastan açdın, Sədrəddin.

Həzz aldın baxdıqca hər bir övlada,
Əzizsən qohuma, yaxına, yada,
Çataraq “Əlaçı həkim”tək ada,
Bağrına bir nişan basdın, Sədrəddin.

Yayılıb şöhrətin hər bir mahala,
Bütün könüllərdə qurmusan qala,
Kaş bütün həkimlər səni tək ola…
Gör, neçə zirvələr aşdın, Sədrəddin.

Çox mübarək, dostum, 75 ilin,
Səninlə fəxr edir hər zaman elin,
Qoy, belə döyünsün hər an ürəyin…
Düşməsin dillərdən adın, Sədrəddin.
İldırım Dəmirli

Şərh Yaz