Ağami Bağırlı

İsmayıllı təhsilinə ağır itki üz vermişdir. Təcrübəli pedaqoq, gözəl insan və yoldaş, şagirdlərin yaxın dostu Ağami Bağırlı uzun sürən xəstəlikdən sonra aramızdan getmişdir.
Ağami Ağa oğlu Bağırlı 1944-cü ildə İsmayıllı rayonunun Kənəə kəndində anadan olmuşdur. Orta təhsilini Lahıc qəsəbə məktəbində almışdır. 1975-ci ildə Bakı Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. Pedaqoji fəaliyyətə başladığı ilk gündən işə yüksək məsuliyyətlə yanaşmış, şagirdlərə hərtərəfli bilik vermək üçün əlindən gələni etmişdir. Ağami müəllim təqaüdə çıxdığı günə qədər yetişən gənc nəslə dilimizin incəliklərini, ədəbiyyatımızın zənginliyini sevə-sevə öyrətmişdir. İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbdə çalışdığı illərdə pedaqoji kollektivdə yaxşı müəllim kimi nüfuz qazanmışdır. Həmişə gənc və təcrübəsiz həmkarlarına dəyərli məsləhətləri ilə köməklik göstərməyə çalışmışdır. O, sözün əsl mənasında şagirdlərinin sevimlisi idi.

Ağami BağırlıAğami Bağırlı
(Bağırov Ağami Ağa oğlu)

A.Bağırlı əsasən müəllimliyə başlayarkən bədii yaradıcılıqla məşğul olmuşdur. Respublikanın bir sıra qəzetlərində şeirləri dərc edilib. Onun ədəbi yaradıcılığı əsasən İsmayıllı rayonunda çıxan “Zəhmətkeş” qəzeti ilə bağlıdır. Rayon qəzetlərində müxtəlif illərdə dərc etdirdiyi şeirlər oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.
Ağami müəllim bir neçə kitabın müəllifidir. Onun ilk kitabı “Vətən çağırır” adlanır. Tat dilində iki kitabı nəşr edilib. Sonuncusu ”Vətən” adlı kitabıdır.
Ağami müəllim bu gün aramızda olmasa da, onun əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır. Allah rəhmət eləsin, qəbri nurla dolsun!
İsmayıllı Rayon Təhsil Şöbəsi

Şərh Yaz