Məcburi köçkünlərlə səyyar görüş-qəbul

9 avqust 2014-cü il tarixdə İsmayıllı Rayon Gənclər Mərkəzində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov rayonda məskunlaşan ağdamlı məcburi köçkünlərlə səyyar görüş-qəbul keçirib. Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov da iştirak edib.
Məcburi köçkünlərlə səyyar görüş-qəbulMəcburi köçkünlərlə səyyar görüş-qəbul

9 avqust 2014-cü il tarixdə İsmayıllı Rayon Gənclər Mərkəzində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov rayonda məskunlaşan ağdamlı məcburi köçkünlərlə səyyar görüş-qəbul keçirib. Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov da iştirak edib.
Mirdaməd Sadıqov gələn qonaqları salamlayıb, ölkədə məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışıb. O bildirib ki, bu diqqət və qayğıdan İsmayıllıda məskunlaşan məcburi köçkünlər kənarda qalmayıb. Onların problemlərinin həll edilməsinə xüsusi diqqətlə yanaşılır.
Məcburi köçkünlərlə səyyar görüş-qəbul
Ağdam RİH başçısı Raqub Məmmədov bildirib ki, İsmayıllı rayonunda 969 nəfər məcburi köçkün məskunlaşıb. Kəndlərdə yaşayan məcburi köçkünlərə torpaq sahələri verilib, əkin-biçinlə məşğul olmaları üçün hər cür şərait yaradılıb. 2013-cü ildə salınan qəsəbədə 22 ağdamlı köçkün ailəsi məskunlaşıb. Burada 30 nömrəli Ağdam qəsəbə məktəbi və tibb məntəqəsi fəaliyyət göstərir.
R.Məmmədov İsmayıllıda məskunlaşan məcburi köçkünlərlə görüşməsindən məmnunluğunu ifadə edib və onların problemlərinin həlli üçün çalışacağını bildirib.
Çıxış edən məcburi köçkünlər Prezidentin onlara göstərdiyi qayğıya görə minnətdarlıq ediblər, tezliklə işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə əminliklərini bildiriblər.
Sakinlərin müraciətləri əsasən evlə təmin edilmələri ilə bağlı olub. Bütün müraciətlər dinlənildikdən sonra icra başçıları problemlərin həlli üçün əllərindən gələni edəcəklərini bildiriblər.
Ç.Bəhərçinli

Şərh Yaz