Fəaliyyətimiz davamlı və təsirli olacaq


Bütün xalqların düşünən və ən öndəgedən qüvvəsi gənclərdir. Onlar ölkənin həyatında həmişə mühüm rol oynayırlar. Gənclik nə qədər sağlam, savadlı, milli-mənəvi və vətənpərvərlik ruhunda olarsa, həmin ölkənin gələcəyi daha parlaq və firavan olar.
Gündən-günə sürətlə inkişaf edən Azərbaycanımızda Dövlət Gənclər Siyasətinin uğurlu icrası nəticəsində gəncliyimizin ölkə həyatında rolu daha da yüksəlmiş və çoxşaxəli olmuşdur. Azərbaycan Gəncliyi cari dövrdə bütün sahələrdə fəallığı və işgüzarlılığı ilə seçilir.

Fəaliyyətimiz davamlı və təsirli olacaqFəaliyyətimiz davamlı və təsirli olacaq

Bütün xalqların düşünən və ən öndəgedən qüvvəsi gənclərdir. Onlar ölkənin həyatında həmişə mühüm rol oynayırlar. Gənclik nə qədər sağlam, savadlı, milli-mənəvi və vətənpərvərlik ruhunda olarsa, həmin ölkənin gələcəyi daha parlaq və firavan olar.
Gündən-günə sürətlə inkişaf edən Azərbaycanımızda Dövlət Gənclər Siyasətinin uğurlu icrası nəticəsində gəncliyimizin ölkə həyatında rolu daha da yüksəlmiş və çoxşaxəli olmuşdur. Azərbaycan Gəncliyi cari dövrdə bütün sahələrdə fəallığı və işgüzarlılığı ilə seçilir.
Fəaliyyətimiz davamlı və təsirli olacaq
Yeni nəslin sağlam həyat tərzi və milli-mənəvi ruhda tərbiyə edilməsi və bu istiqamətdə asudə vaxtın səmərəli təşkili, bunun nəsildən-nəsilə ötürülməsi ən vacib məsələlərdən biri hesab olunmuşdur. Cəmiyyətimizin müasirləşməsi, kompyuter texnologiyalarının insan həyatına təsiri, yeni nəslin bunlardan düzgün və səmərəli istifadə etməmələri və əsasən, oyun və əyləncə məqsədilə yararlanmaları onların sağlamlıqlarına mənfi təsir göstərməklə yanaşı, həmçinin, onların asudə vaxtlarının sağlam təşkili işinin və düzgün tərbiyə olunmalarının inkişafının qarşısını almış olur. Eyni zamanda, bir sıra televiziya kanallarında yayımlanan sms-şou müsabiqələr və milli-mənəvi dəyərlərimizə zidd olan kommersiya məqsədli proqramlar da bu baxımdan xüsusi vurğulanmalıdır.
Əsl layiqli vətəndaş üçün zəruri olan bütün milli və mənəvi dəyərlərin düzgün və səmərəli maariflənmə vasitəsilə əldə edildiyini, insanın yaxşı həyat tərzi, güzəranın onun elmə, təhsilə və asudə vaxtlarının necə təşkil edə bilmələrinə olan münasibətindən asılı olduğunu nəzərə alsaq, yeni nəslin bu istiqamətdə maarifləndirilməsi, onların milli dəyərlərə sahib bir vətəndaş kimi yetişdirilməsinə müsbət təsir göstərəcək, onların milli əxlaqını saflaşdıracaqdır. Nəinki fiziki baxımdan, həmçinin, milli dəyərlərə bağlılığı möhkəm olan gənclərimizin asudə vaxtlarının səmərəliliyi daha da artacaq, onların vətənpərvərlik ruhu yüksələcəkdir. Torpaqlarımızın 20 faizdən çoxunun mənfur qonşularımız tərəfindən işğalı, bir milyondan artıq qaçqın və köçkünlərimizin olması, on minlərlə şəhidlərimizin olması və ölkəmizin atəşkəs rejimində olmasına baxmayaraq, demək olar ki, hər gün müharibə vəziyyətində olduğunu nəzərə alsaq, bu istiqamətdə işlərin aparılması həmişə vacibdir.
Bütün bu və digər məsələləri nəzərə alaraq, Gənclərin Anti-Narkomaniya ictimai birliyi “Gənclər arasında milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliği üzrə asudə vaxtın səmərəli təşkilinə təşəbbüs” adlı layihəsini icra etmək məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə müraciət etmişdir və GİN bu layihə təklifini qısa müddətdə yüksək dəyərləndirmişdir.
GANİB olaraq orta təhsil müəssisələrində və gənclər arasında sağlam həyat tərzinin, hərbi vətənpərvərlik ruhunun artırılması istiqamətində asudə vaxtlarının təşkili üzrə kütləvi tədbirlərin (milli biliklər üzrə intellektual və hərbi oyunlar, hərbi-vətənpərvərlik üzrə maarifləndirmənin təşkili və hərbi filmlərin təbliği, gənclərin peşəyönümlü kurslara cəlb olunması və s.) aparılmasını və bu istiqamətdə rayon ictimaiyyətinin iştirakı ilə müzakirələrin keçirilməsini vacib hesab edir və bu fəaliyyətlərin rayon gənclərinin həyatında davamlı və təsirli iz buraxacağına inanırıq.
Qüdrət Kazımov,
GANİB-nin sədri

Şərh Yaz