Yaddas kitabcasi

Sərəncam imzalanıb

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 17 iyul 2014-cü il tarixdə İsmayıllı rayonunda epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə görülməsi nəzərdə tutulan işlər barədə Sərəncam imzalayıb.
Sərəncam imzalanıbSərəncam imzalanıb

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 17 iyul 2014-cü il tarixdə İsmayıllı rayonunda epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə görülməsi nəzərdə tutulan işlər barədə Sərəncam imzalayıb.

Sərəncam imzalanıb
Sərəncamda qeyd olunur ki, ölkəmizdə bütün istiqamətlərdə aparılan uğurlu islahatlar çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində yaşayış məntəqələri abadlaşır, yeni yollar salınır, sosial infrastruktur yenidən qurulur və görülən bütün tədbirlər əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmişdir.
Yaradılan sosial infrastrukturun saxlanması, sanitar vəziyyətin yaxşılaşdırılması üçün Dövlət tərəfindən mütəmadi olaraq köməklik göstərilir, kommunal təsərrüfatının maddi texniki bazasının gücləndirilməsi üçün əvəzsiz olaraq nəqliyyat vasitələri, avadanlıqlar ayrılır, inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi məqsədilə səfərlər təşkil edilir.
İsmayıllı rayonunun turizm bölgəsi olması və ölkəmizin digər turizm bölgələrinə aparan magistral yolun rayonun ərazisindən keçməsi təmizlik və sanitariya məsələlərinə diqqətin daha da artırılması zərurətini yaradır.
Görülən işlərlə yanaşı bu istiqamətdə həlli vacib olan məsələlər də mövcuddur. Bunlardan ən önəmlisi əhali arasında marifləndirmə tədbirlərinin aparılması, rayon ictimaiyyətini və geniş əhali kütləsini tədbirlərin icrasına cəlb etməkdir.
“Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.7.1, 3.7.2, 3.7.3, 3.7.4, 3.9.11-ci maddələrini və 6.8 maddəsini rəhbər tutmaqla bu istiqamətdə tədbirlərin həyata keçirilməsi üçün Bakı şəhərinin Binəqədi rayonunda uğurla həyata keçirilən “Təmiz Binəqədi” layihəsinin təcrübəsinə əsaslanaraq, RİH başçısı M. Sadıqov Sərəncamın icrasına nəzarəti öz üzərində saxlamaqla qərara alıb:
I. İsmayıllı rayonu ərazisində 2014-cü ilin avqust ayının 1-dən “Təmiz şəhərdə yaşa” devizi altında “Gələcək öz əlimizdədir” layihəsinin icrasına başlansın;
II. “Gələcək öz əlimizdədir” layihəsinin həyata keçirilməsi üçün tədbirlər planı təsdiq edilsin.
III. Tədbirlər planının icrasını təmin etmək məqsədilə komissiya yaradılsın;
IV. Tədbirlər planında nəzərdə tutulan işlərin icrasına məsul olan şəxslər cəlb ediləcək işçi qrupların tərkibini komissiyaya təqdim etsinlər;
Sərəncamla tədbirlər planında nəzərdə tutulan işlərin və layihənin icrasına nəzarət İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayevə tapşırılıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz