Şahmat olimpiadası başa çatdı

16 yaşlı uşaqlar arasında keçirilən və 12 iyuldan start götürən Respublika Şahmat Olimpiadası 22 iyul 2014-cü il tarixdə başa çatdı. Bu münasibətlə Olimpiya-İdman Kompleksində təntənəli tədbir keçirildi. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Prezident Administrasiyasının məsul işçisi Niyaz Əliyev, Respublika Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov tədbirdə iştirak edirdilər. Çoxsaylı qonaqlar, tamaşaçılar təntənəli bağlanış tədbirini izləyirdilər.
Şahmat olimpiadası başa çatdıŞahmat olimpiadası başa çatdı

16 yaşlı uşaqlar arasında keçirilən və 12 iyuldan start götürən Respublika Şahmat Olimpiadası 22 iyul 2014-cü il tarixdə başa çatdı. Bu münasibətlə Olimpiya-İdman Kompleksində təntənəli tədbir keçirildi. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Prezident Administrasiyasının məsul işçisi Niyaz Əliyev, Respublika Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov tədbirdə iştirak edirdilər. Çoxsaylı qonaqlar, tamaşaçılar təntənəli bağlanış tədbirini izləyirdilər.
Şahmat olimpiadası başa çatdı
Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov Şahmat olimpiadasının 10 gün davam etdiyini, nəticələrin artıq bəlli olduğunu dedi və tədbiri açıq elan etdi.
Rayon İcra Hakimiyyətinin başçısı, idmançılara, Respublika və rayon miqyaslı yarış iştirakçılarına həmişə diqqətli olan, qayğı göstərən Mirdaməd Sadıqov şahmatçılar qarşısında çıxış etdi, qaliblərə hədiyyələr verdi, onlara uğurlar arzuladı. Bəyan etdi ki, bütün idman növləri üzrə yarışların təşkili və keçirilməsinə rayon icra hakimiyyəti həmişə yardımçı olacaqdır. Respublika Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxışında qeyd etdi ki, builki Olimpiada Azərbaycanın idman tarixində ən çox şahmatçının iştirakı ilə yadda qaldı (564 nəfər) F.Həsənov yarışın təşkilinə, davam etdiyi bütün günlərdə yaranan problemlərin həllində göstərdiyi ardıcıl köməyə görə RİH-nin başçısına, digər məsul işçilərə təşəkkürünü bildirdi. Göstərilən diqqət və qayğıya görə minnətdarlıq etdi.
Yarışın baş hakimi Qüdrət İsmayılov Olimpiadanın nəticələri barədə məlumat verdi. Qeyd etdi ki, komanda hesabında 12 yaşadək şahmatçılar arasında Sumqayıt şəhəri birinci, Bakı şahmat məktəbi ikinci və Quba rayonunun komandası üçüncü yeri tutmuşlar.
Şahmat olimpiadası başa çatdı
16 yaşadək iştirakçılar arasında Bakı şahmat məktəbi birinci, 1 nömrəli Bakı şahmat məktəbi ikinci və Sumqayıt şahmat məktəbi üçüncü yerə layiq görülmüşlər.
Respublikamızın bütün bölgələrini təmsil edən gənc şahmatçılar yalnız yarışlarda iştirak etməklə kifayətlənmədilər, təbii sərvətlərimizin zəngin olduğu yerlərə, qalalarımıza, qədim Lahıca, müasir İsmayıllının yeniləşən çoxsaylı məhəllələrinə ekskursiyalar etdilər.
Yarış iştirakçıları İsmayıllıdan xoş təəssüratlarla ayrıldılar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz