Müasir dərs necə olmalıdır

Dərs haqqında çoxlu kitablar, məqalələr yazılıb. Təlimin məzmunu və məqsədi dəyişilib, yeni təlim vasitələri və texnologiyaları yaranıb. Hansı islahatın həyata keçirilməsinə baxmayaraq, dərs başlıca təlim forması olaraq qalmaqdadır. Təlim prosesində iki tərəf iştirak edir: müəllim və şagird. Dərsin quruluşu daim dəyişməlidir.Müasir dərs necə olmalıdır

Dərs haqqında çoxlu kitablar, məqalələr yazılıb. Təlimin məzmunu və məqsədi dəyişilib, yeni təlim vasitələri və texnologiyaları yaranıb. Hansı islahatın həyata keçirilməsinə baxmayaraq, dərs başlıca təlim forması olaraq qalmaqdadır. Təlim prosesində iki tərəf iştirak edir: müəllim və şagird. Dərsin quruluşu daim dəyişməlidir. Buna bir sıra faktlar təsir edir:
1. Təlimin məzmunu dəyişilmiş, yeni təlim standartları yaradılmış, buna uyğun təlim proqramları və

2. Yeni təhsilə keçmə müasir dərsin qarşısına yeni məqsədlər qoyur;
3. Bu günkü dərsi kompyutersiz təsəvvür etmək mümkün deyil. İnformasiya texnologiyaları müasir dərsə böyük təsir göstərir;
4. Şagird nailiyyətlərinin qiymətləndirilməsinə yeni tələblər qoyur.
Bəs müasir dərs necə olmalıdır?
Müasir dərs demokratik şəkildə, elə qurulmalıdır ki , həm müəllim, həm də şagird bu prosesdə rahat olsun. Müəllimlər yeniliklərdən qorxmamalı, şagirdlər də çəkinmədən öz fikirlərini ifadə edə bilməlidirlər. Müasir dərsin əsas cəhətlərindən biri şagirdlərin fəallığıdır. Şagird ünsiyyət prosesində özünü daha yaxşı dərk etdiyinə görə istər qrup, istərsə cütlərlə işdə fəallıq göstərir. Şagirdlərin fəaliyyətində bir-biri ilə əməkdaşlıq, yaradıcılıq, qarşılıqlı münasibətlər formalaşır. Müəllim dərs forması seçərkən şagirdlərin marağını nəzərə almalıdır. Bunun üçün müəllim İKT-dən bacarıqla istifadə etməlidir. Mövzuya uyğun resursların rəngarəngliyi dərsin maraqlı keçməsinə, qarşıya qoyulan məqsədə nail olmağa imkan yaradacaqdır. Dərs yaradıcı olmalıdır, şagirdlər öz yaradıcılıq qabiliyyətlrini reallaşdıra bilməlidirlər. Dərsdə şagirdlər məntiqi düşünə bilməli, qeyri-standart vəziyyətlərdə qərar qəbul edə bilməlidirlər. Müasir dərs biliyin şagirdə mənimsədilməsinə xidmətlə bərabər şagird şəxsiyyətinin formalaşmasına yönəlməlidir. Dərsin təşkilində əsas prinsiplər götürlməlidir:
1. Pedaqoji prosesin tamlığı – təlimin inkişafetdirici, öyrədici, tərbiyəedici məqsədləri kompleks şəkildə həyata keçirilməlidir;
2. Şagirdyönümlülük – şagird pedaqoji prosesin mərkəzində dayanır. Tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin inkişaf etdirilməsinə yönəldilir;
3. Təlimdə bərabər imkanların yaradılması – bütün şagirdlərə eyni təlim şəraiti yaradılmalıdır;
4. İnkişafyönümlülük – şagirdlərin idrak fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, bilik, bacarıq və vərdişlərin inkişaf səviyyəsi tənzimlənir;
5. Fəaliyyətin stimullaşdırılması – şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunmalı və dəyərləndirilməlidir. Bu, şagirdlərin daha uğurlu təlim nəticələrinə nail olmasına imkan yaradır;
6. Dəstəkləyici mühitin yaradılması – dərs müvafiq maddi-texniki baza ilə təmin edilməli, sağlam mənəvi-psixoloji mühüt təşkil edilməlidir. Dərsdə əlverişli psixoloji iqlim, müsbət emosional vəziyyət yaradılmalıdır. Dərsin səmərəsi onun emosional mühütü ilə sıx bağlıdır. Dərs o zaman səmərəli olur ki , müəllim biliyi hazır şəkildə şərh etməsin, şagirdləri fəal axtarışlara cəlb etsin, onlarda müstəqil fikir oyatsın. Dərsdə problem vəziyyət yaratmaq, müşahidə, diskussiyalar aparmaq, kitab üzərində yaradıcı iş təşkil etmək, təfəkürü inkişaf etdirən metodlardan- müqayisə, təhlil-tərkib, ümumiləşdirmə və nəticə və s. metodlardan istifadə etmək yaxşı nəticələr verir.
Surə Cəbrayılova,
Talıstan kənd tam orta məktəbin ibtidai sinif müəllimi

Şərh Yaz